Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Bakıda memarlıq abidəsi sökülür? – RƏSMİ AÇIQLAMA

26 Baxış

Bayıl qəsəbəsi, Neftçi Qurban Abbasov küçəsindəki 5 nömrəli doğum evinin binasının sökülməsinə başlanılıb.

Turanmedia.az olke.az-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb.

Dövlət tərəfindən memarlıq abidəsi kimi qorunan binada aparılan söküntü işləri narazılıq yaradıb.

Səbail Rayon İcra Hakimiyyətindən “Ölkə.Az”ın sorğusuna cavab olaraq bildirildi ki, sözügedən ünvanda aparılan söküntü işləri icra hakimiyyəti tərəfindən dərhal dayandırılıb.

Qeyd edək ki, 1930-cu illərdə memar Sadıq Dadaşov və Mikayıl Hüseynovun birgə layihəsi əsasında inşa edilən bina “Yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı”ndadır (inventar nömrəsi: 3311).

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678