Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Artıq dözmədim, atamın qəbrini söydü” – Bakıdakı qətlin təfərrüatı

23 Baxış

Bakıda əmisini qətlə yetirməkdə təqsirli bilinən Şahin Qədəşovun cinayət işi üzrə təfərrüatlar məlum olub.

Turanmedia.az olke.az-a istinadən xəbər verir ki, sentyabrın 29-u saat 03 radələrində Xəzər rayonun Buzovna qəsəbə sakini, 1972-ci il təvəllüdlü Valeh Qədəşovun üzərində xəsarət izi olan meyitinin yaşadığı evdən 30-40 metr uzaq məsafədə küçədə aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan araşdırmalarla zərərçəkmişin qardaşı oğlu, 1989-cu il təvəllüdlü Şahin Qədəşovun şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı bıçaqla xəsarət yetirərək Valeh Qədəşovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Keçirilən əməliyyat tədbirləri nəticəsində Şahin Qədəşov saxlanılıb.

O, ifadəsində bildirib ki, əmisi Valeh Qədəşov spirtli içki aludəçisi olub. Son vaxtlar əmisi sərxoş vəziyyətdə yaşadığı evə gələrək onun və mərhum atasının ünvanına söyüş söyüb. Heç vaxt əmisinin təhqirlərinə cavab qaytarmayıb və bir böyük kimi həmişə onu yola verməyə çalışıb.

Sentyabrın 28-də əmisi sərxoş halda onlara gəlib. Həmin vaxt arvadı və uşaqları yatıb. Ünvanına söyüşlər söyən və onu ölümlə hədələyən əmisinə “belə hərəkətlər etmə ayıbdır, kənddə hamı səndən danışır” deyib yola salıb. Səhərisi gün o, yenə qayıdaraq nalayiq ifadələr işlətməyə başlayıb.

Şahin Qədəşov ifadəsinin davamında bildirib ki, səbirli olub əmisini sakitləşdirməyə çalışsa da, sonuncu onun atasının qəbrini söyüb. Artıq buna dözməyərək evə gedib mətbəx bıçağını götürərək əmisinin qarın nahiyəsinə bir zərbə vurub. Digər əmisininə zəng edərək Valehi bıçaqladığını deyib. Evinə qayıtdıqdan bir müddət sonra əmisi zəng edərək Valehin öldüyünü deyib.

Məhkəmə prosesində Şahin Qədəşov törətdiyi əməlindən peşman olduğunu deyərək əmisini öldürmək niyyətinin olmadığını bildirib.

Zərərçəkmiş şəxsin hüquqi varisi bildirib ki, 4 uşağına görə təqsirləndirilən şəxsi bağışlayır.

Sonda məhkəmənin hökmü ilə Şahin Qədəşov 10 il müddətinə azadlıqdan məhrum olunub.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678