Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Mingəçevir şəhər Təhsil sektoru Həmkarlar İttifaqı “Qəhrəman Təhsil işçiləri”kitabını təqdim edib

228 Baxış

Mingəçevir şəhər Təhsil sektoru Həmkarlar İttifaqı “Qəhrəman Təhsil işçiləri”kitabını təqdim edib

Turanmedia.az xəbər verir ki, Mingəçevir Uşaq Gənclər İnkişaf Mərkəzində “Qəhrəman Təhsil işçiləri” kitabının təqdimatı keçirilib. Müharibə iştirakçısı olmuş təhsil işçilərinin iştirak etdikləri tədbirdə əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi yad edilib. Dövlət himni səsləndirilib. Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Mingəçevir şəhər Komitəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə 44 günlük Vətən müharibəsinin qaziləri,təhsil işçiləri,mərkəzin şagird və müəllim kollektivi iştirak edib. Tədbiri giriş sözü ilə açan Ülviyyə Kərimova Vətən müharibəsində xalqımız” Dəmir Yumruq” altında birləşərək

Ali Baş Komandanımızın rəhbərliyi Milli Ordumuzun Qəhrəman igidlikləri nəticəsində Dünyanın hərb tarixinə qızl hərflırlə Zəfər dastanı yazdılar deyib:” I və II Qarabağ müharibəsi zamanı minlərlə qəhrəman oğul və qızlarımız doğma Qarabağımızın müdafiəsinə qalxaraq ,canlarını Vətən yolunda qurban verdilər, Şəhidlik zirvəsinə ucaldılar.

Hər biri öz cəsurluğu ,igidliyi ilə vətənpərvərlik səlnaməsi yazdı,qələbə ilə dönüb dillərdə dastan oldular”.

Tədbirdə çıxış edən AHİ Mingəçevir şəhər Komitəsinin sədri Həqiqət Şahmuradova bildirib ki, “Qəhrəman təhsil işçiləri” kitabı İkinci Qarabağ müharibəsində silaha sarılan təhsil işçilərinə həsr olunub.Onun sözlərinə görə müharibədə iştirak etmiş ittifaq üzvlərinin keçdiyi nümunəvi döyüş yolunun gələcək nəsillərə təbliği və onlarda milli vətənpərvərlik hissinin inkişaf etdirilməsi baxımından faydalı olacaq.

Sonra çıxış edən digər qonaqlar ordumuzun şücaəti və gənclərimizin vətənpərvərliyindən danışıblar.

Mingəçevir Uşaq Gənclər İnkişaf Mərkəzinin şagirdləri qəhrəman təhsil işçilərini seirlərlə, şən musiqi nömrələri ilə təbrik ediblər.

Sonda müharibə iştirakçısı olmuş 11 müəllimə fəxri fərman və hədiyyələr təqdim olunub.

 

Esmira Hidayətova,Mingəçevir


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678