Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Kainatda yeni həyat axtarışı – Uranda rast gəlindi

37 Baxış

Elm adamları Uranda yerdənkənar həyat tapmağa kömək edə biləcək infraqırmızı qütb parıltısı (aurora) müşahidə ediblər.

Turanmedia.az Teleqraf.com-a istinadən xəbər verir ki, Yer kürəsində bu qütb parıltısı “Şimal işıqları” kimi tanınır.

Uranın da öz qütb işıqları var, amma bunlar planetdə fərqli atmosferə görə eyni şəkildə görünmürlər.

Tədqiqatçılar 1986-cı ildən bəri Uranda ultrabənövşəyi auroralar haqda ehtimal irəli sürürdülər. Amma indi uzaq planetin də infraqırmızı auroralara malik olduğunu təsdiqləyiblər.

Tədqiqatçılar ümid edirlər ki, əldə edilən məlumatlar Günəş sistemindəki digər planetlərin maqnit sahələrini izah etməyə kömək edəcək. Eyni zamanda, uzaq planetlərdə həyatın olub-olmadığını öyrənməyə imkan verə bilər.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678