Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

BDAT rəhbəri Sankt-Peterburqda olan haqsızlığ pislədi

262 Baxış

Birləşmiş Dünya Azərbaycanlıları Təşkilatının rəhbəri, Tatarıstan Respublikasında Azərbaycan diasporunun rəhbəri. Sərraf Kərimov Sabir oğlunun 17.10.2023-cü ildə Sankt-Peterburqda olan haqsızlığa qarşı münasibəti:

— “Çox təəssüflər olsun ki, bir toy mərasimində Rusiya polisinin bizim xalqımıza, millətimizə, insanlarımıza qarşı etdiyi haqsız addımları gördük, hörmətsizliyi gördük. Mən deyərdim ki, bu ən azı bizim xalqımıza, millətimizə qarşı edilən haqsızlıqdır. Burada olan insanların əksəriyyəti Rusiya Federasiyasında yaşayanların çoxu Rusiya vətəndaşlarıdır. Hər birimizin cibində o dövlətin pasportu var. Amma, günlərimizi, aylarımızı, illərimizi bu dövlətə, xalqa, xidmətə, xərcləmişik. Çoxumuz, dövlət işlərində çalışmışıq və çalışdığımız müddətdə də deyərdim ki, yerli xalqın, Ruslardan, Tatarlardan, Soydaşlardan xalqın nümayəndələrindən, şərəfli və ləyaqətli öz vəzifələrini yerinə yetirmişik. Amma, bu günki, gündə yenə də həmin o yaşadığımız, xidmət etdiyimiz dövlətdə xalqımıza, millətimizə qarşı, etdiyi mövqe heç də ürəkaçan olmadı.
Bunların nə xisləti, nə xəbisliyi, nə xainliyi nə də ki, bizim insanlara qarşı olan mövqeyi dəyişmir.
Təəssüflər olsun bu faktdır. Bu faktlarla biz yaşadığımız bütün regionlarda rastlaşırıq və görüşürük. Baxmayaraq ki, bu günləri də Bakı şəhərində yetərincə Ruslar, Ukraynlılar, Tatarlar və digər xalqın nümayəndələri öz vətənlərində ki, kimi firəvan, xoşbəxt çox sərbəst yaşayırlar və şah kimi gəlib, qonaq qismində də yüksək səviyyədə qarşılanıb, yüksək səviyyədə də yola salınırlar.
Azərbaycanın heç bir bölgəsində onların xətrinə dəyiləsi bir addımda belə atılmır.
Sankt–Peterburqda keçirilən bu toyda, bu insanların başına gətirilən bu hadisə fərz edin ki, Bakı şəhərində Rasiya xalqının, Tatarıstanın və digər millətlərinin hansısa birinin toyunda bu haqsızlığı polislər etsə onlara qarşı, görün nələr baş verərdi?!
Bütün dünyaya car çəkib, bağırarlar. Həmin an, bütün televiziya kanallarında və bütün saytlarda bu haqda, car çəkib, haray-həşir salarlar ki, Azərbaycanda bizim başımıza bu haqsızlıqlar gəlir.
Bizim onlara qarşı olan mövqeyimizə baxın, yüksək səviyyədə, bir insan kimi, bir müsəlman kimi, bir qonaqpərvər xalq kimi qəbul edirik.
— Rusiya Federasiyası ilə Ukrayna arasında gedən savaşda yetərincə övladlarımız orada vuruşurlar və içərisində onlarla Şəhid olan insanlarımız var.
— Bu yaxınlarda, Kazan şəhərində çox gözəl bir uşaq, ailəmizin bir üzvü idi. Demək olar ki, biz onu itirdik. Bir neçə müddətdir ki, müharibə gedir. Nə qədər övladlarımızı itirmişik, Rusiya dövlətinin apardığı savaşdan.
(1941-1945) illərdə Azərbaycan Rusiya dövləti üçün, SSSR üçün nələr etmədi?! — O vaxtdan, əvvəl və bu günki, günə kimi Azərbaycanın igid övladları, Azərbaycanın tanınmış simaları. Rusiyanın bütün bölgələrində hansı işləri görmədilər?!
— Bu günki, gündə həmin insanlarımızın bəzilərinin adına parklar salınır, küçələr salınır, Aeroportlar salınır. Bu yaxşılıqların qarşısında bizim millətə qarşı, bu hərəkət nə ağla sıgandır, nə də ki, heç bir çərçivəyə sığmır.
Biz nə vaxta kimi dözəcəyik, nə vaxta kimi bizim millət bu qədər sarsılacaq, bu qədər əziləcək. Oradakı, insanlarımızın üzünə baxın, qadınlarımızın simasına baxın, körpələrimizin gözünə baxın, hər kəs bir-birinin sifətinə baxıb, nə baş verdiyini görürlər. Amma, kiminsə cürəti çatmır, onlara nəsə desin. Çünki, bilirlər nə baş verəcək. Bir nəfər bizim oradakı insanların, hansısa birisi qalxıb, desə ki, bu nə haldır, çox güman ki, onun qoluna qandal keçirib, kilid salıb, aparacaqlar. Çünki, bunu biz dəfələrlə görmüşük. Biz bu həyatı onların içərisində yaşadığımıza görə onlardan da yaxşı bilirik. Bizim insanlarımız onların qarşısında susub, dayanmağı adi hala çevrilib, içi mən qarışıq. Nə qədər bizim başımıza bu müsibətlər gələcək? Nə qədər buna biz dözəcəyik?!
— Yenə deyirəm, görün Bakıda görülən bu hərəkəti hər hansısa balaca bir hərəkət onlara qarşı xoşagəlməyən hal edə bilərikmi?
— “Yox. Əsla yox!
— Mən burada olan dostlarıma, bütün Diasporların Rəhbərlərinə, Rusiyada yaşayan İctimai işlə məşğul olan Xadimlərə, bütün təşkilat Rəhbərlərinə demək istəyirəm ki, gəlin, bir kollektivlə birlikdə, Dövlətin Prezidentinə, nazirliklərə, bütün qrumlara məktub yazaq. Nə vaxta kimi bizim xalqımıza millətimizə, haqsızlıqlar edəcəklər?!
— İnsanlar, bir toyu etmək üçün, aylarla, illərlə ən xoş, ən şad günə hazırlaşırlar. Deyərdim ki, hansısa məmurun verdiyi sərəncamla, gəlib toy günü, o toyu dağıtmaq hansısa bir cinayətkarı axtarmaq bu da mətləbə uyğun deyil.
— “Deyiblər ki, bu gün toy olmayacaq”.
— Bu nə deməkdir?
— Bir insanın toyunu dağıtmaq, bir insanın, gələn qonaqlarını haqsızlıqlarla qarşılaşdırmaq, ən azı onları geri qaytarmaq nə deməkdir?
— Söhbət hansısa iclasdan getmir. Hansısa bir gün, o biri gün keçirəsən, söhbət toydan gedir. Toy insanın həyatında bir dəfə olur. Allah hər kəsə toy qisməti eləsin. Amma, bu hadisələrdən mən şokdayam. Nə vaxta kimi bunlar davam edəcək?
— Hələ ki, kimsə bizim içimizdən çıxıb, deyə bilməz ki, sabah, o biri gün, beş il bundan sonra bu haqsızlıqlar olmayacaq?!
— 39 ( otuz doqquz) ildir ki, mən Rusiyada yaşayıram və bu hadisələrdən bəlkə, yüzlərini görmüşük. Təəssüflər olsun, çox təəssüflər olsun!!!


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678