Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Saçlarını keratinlə düzləşdirən qadınlar diqqətli olun- Bu xəstəliyə tutula bilərsiniz

40 Baxış

Kimyəvi saç düzləşdirici məhsullar xərçəngə səbəb ola bilər.

Turanmedia.az Tns-ə istinadən xəbər verir ki, bu barədə “HealthNews” ABŞ Qida və Dərman İdarəsinə istinadən məlumat yayıb.

Nəşr qeyd edir ki, ABŞ Qida və Dərman İdarəsi kimyəvi saç düzləşdirici məhsullarda olan formaldehid və digər maddələrə qadağa təklif etməyi planlaşdırır. Şöbənin mütəxəssislərinin fikrincə, bəzi komponentlər allergik reaksiyalara, tənəffüs problemlərinə və xərçəngə səbəb ola bilər.

Keratin müalicəsi kimi tanınan belə prosedurlar zamanı saçlara xüsusi qarışımlar tətbiq olunur, sonra komponentlərin nüfuzunu təmin etmək üçün saç düzləşdirici fenlərdən istifadə olunur. Həmin məhsullar formaldehid ehtiva edir və qızdırıldıqda kəskin qoxusu olan zəhərli, rəngsiz qaza çevrilir.

Formaldehidin sağlamlığa təsiri ilə bağlı aparılan araşdırmalar saçlarını tez-tez bu şəkildə düzəldən qadınların uşaqlıq xərçənginə tutulma ehtimalının iki dəfə çox olduğunu göstərib. Maddənin sonsuzluğa da səbəb olduğu güman edilir.

Bundan əlavə, formaldehid buxarının inhalyasiyası tənəffüs sisteminə zərər verə və allergik reaksiyalara səbəb ola bilər.

Sıx qıvrım saçları olan qadınlar (o cümlədən tünd dərili qadınlar) daha çox risk altındadır, çünki saçın quruluşuna görə prosedur daha tez-tez təkrarlanmalıdır.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678