Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Azərbaycanlı ailə Rusiyadan deportasiya olunur

34 Baxış

Azərbaycanlı miqrant ailə Rusiyadan deportasiya olunacaq.

Turanmedia.az Tns-ə istinadən xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Belə ki, Nijni Novqorodda yaşayan miqrant ailənin 8-ci sinifdə oxuyan övladı məktəbdə dava salıb.

Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.

Bildirilib ki, hadisə sentyabrın ortalarında baş verib.

Miqrasiya qanunlarını pozan həmin ailə barəsində övladları ilə birlikdə ölkə əraizisindən çıxma haqqında qərar qəbul olunub.

Azərbaycanlı ailə deportasiya olunmaq üçün Əcnəbilərin Müvəqqəti Saxlama Mərkəzinə yerləşdirilib.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678