Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Dünyanın xoşbəxti bizik dünyada”

127 Baxış

“Dünyanın xoşbəxti bizik dünyada

Turanmedia.az xəbər verir ki, Mərkəzi Aran Regional Təhsil İdarəsi Mingəçevir şəhər təhsil sektoru Mingəçevirin 75 illik yubleyi və Zəfər bayramı münasibəti ilə məktəbəqədər tərbiyə müəssisələrinin balaca fidanlarının tarixi qələbəmizə həsr olunmuş tədbiri təşkil olunub. Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirib və 44 günlük Vətən müharibəsində canından keçən qəhrəman şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mingəçevir təhsil sektorunun müdiri Sevinc Həsənova çıxış edərək bayramlar münasibəti ilə təbriklərini çatdırıb.

Daha sonra məktəbəqədər tərbiyə müəssisələri 1 saylı,”Mingəçevirin qurucuları”,2 saylı “Azərbaycan”kompozisiyası, 3 saylı “Bu gözəl vətən bizimdir”,4 saylı “Şuşanın dağları”,6 saylı “Qabal”,7 saylı “Sülh”rəqsi, 8 saylı “”Mingəçevir”,10 saylı”Zəfər tarıxı”,11 saylı “Şuşanın fatehləri”,12 saylı “Güllərin rəqsi”,13 saylı “Lentlərlə rəqs”, 14 saylı “Ana kürüm”kompozisiyası,15 saylı “Zəfər “rəqsi,16 saylı “Mingəçevir”mahnısı,17 saylı “Xarı bülbül”rəqsi,19 saylı “Ey vətən”rəqsi,20 saylı “Bizim ölkəmiz”,21 saylı “Zəfər”rəqsi ilə bir- birindən maraqlı nömrələri ilə hazırladıqları çıxışları tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.

Qeyd edək ki,tədbirdə YAP Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev ,təhsil sektorunun nümayəndəsi Zivər Tağıyeva, Mingəçevir uşaq Gənclər İnkişaf Mərkəzinin direktoru Ədalət Quliyeva iştirak ediblər.

Esmira Hidayətova,Mingəçevir


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678