Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Türkdilli Dövlətlərin siyasətinə dəstək fondu Bakı Ekspo mərkəzində keçiriləcək beynəlxalq kitab sərgisində təmsil olunacaq

140 Baxış

Noyabr ayının 11 dən 15 qədər Bakı Ekspo mərkəzində beynəlxalq kitab sərgisi keçiriləcək. Həmin beynəlxalq kitab sərgisinə Türkdilli Dövlətlərin siyasətinə dəstək fondu da dəvət olunub. Əvvəlcə fondumuzun belə bir mötəbər tədbirə dəvət alması üçün Azərbaycanın Qırğızıstandakı səfiri Lətif Qəndilova, Azərbaycan Respublikası Mədəniyyət nazirliyinin rəhərliyinə, tədbirin baş meneceri İrina xanım Babayevaya və Azərbaycan Respublikası Parezident Administrasiyasına dərin minnətdarlığımı bildirirəm.

Belə bir mötəbər tədbirdə Fondumuzun təmsil olunması, inanırıq ki diaspor təşkilatlarının Azərbaycan həqiqətlərinin dünya xalqlarına çatdırılmasında mühüm rol oynayacaqdır və diaspor təşkilatları öz fəaliyyətlərinin əsas istiqamətinə yenidən nəzər salacaqlar.

Qırğızıstanda və Azərbaycanda fəaliyyət göstərən Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun (TDSDF) sifarişi və maliyyəsi ilə indiyədək Bişkekdə Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti, Prezident İlham Əliyevin Azərbaycanda apardığı islahatlar, Azərbaycanın tarixi, ədəbiyyatı, mədəniyəti ilə bağlı bütövlükdə 159 kitab çap etdirib, pulsuz paylayıb və Fond öz ənənəsinə sadiq qalaraq bu fəaliyyətini davam etdirir.

2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam oldu.

Bununla əlaqədar Prezident İlham Əliyevin 2022 ci il sentyabrın 29-da imzaladığı sərancamla Azərbaycan Respublikasında 2023-cü il “Heydər Əliyev İli” elan edilib.

Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondu bu münasibətlə bir sıra tədbirlər həyata keçirir.

Xatırladaq ki Türkdilli Dövlətlərin siyasətinə dəstək fondu “Heydər Əliyev İli” illiyinə töhfə olaraq 2023-cü il üçün Bişkekdə 8 kitab nəşr etdirib, bir film çəkdirib.

Bu ilin Fevral ayında Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondu Bişkekdə “Heydər Əliyev – xalqa bağışlanmış ömürdən anlar” adlı beynəlxalq onlayn konfrans təşkil etmişdir. Həmin Konfransda 11 ölkənin tanınmış elm, mədəniyyət, ictimai -siyasi xadimləri iştirak etmişdir.

Xüsusi ilə vurğulayaq ki, 2022 – ci il oktyabr ayının 11-də Azərbaycan Prezidenti cənab İlham Əliyevin Qırğızıstana rəsmi Dövlət səfəri zamanı Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarovun adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin şərəfinə rəsmi qəbul təşkil edilmişdir.

Rəsmi Qəbul zamanı Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarov Ulu Öndər Heydər Əliyevlə bağlı xatirə fotoalbomunu və Kanıbek İmanaliyevin müəllifi olduğu “Qırğızlar” kitabını Prezident İlham Əliyevə təqdim etmişdir.

İlham Əliyev cavab olaraq etdiyi çıxışında demişdi: Biz burada videokadrlarda Heydər Əlirza oğlunun “Manas”ın minilliyi təntənələrində iştirakını gördük və bizim nümayəndə heyətimizin bütün üzvləri, – mən onların hisslərinə şərikəm, – eyni hissləri, fəxarət hisslərini, onun Azərbaycan və Qırğız xalqlarının qardaşlıq yolunu davam etdirdiyimizlə bağlı hissləri keçirdik”.

Qeyd edək ki “Qırğızlar” kitabı fondumuzun sifarişi ilə Azərbaycan dilinə tərcümə edilmişdir (bu haqda kitabın ilk səhifəsində məlumat var), Azərbaycan Prezidentinə təqdim olunan xatirə albomu və göstərilən videokadrlar tam şəkildə fondumuzun arxivindən müvafiq qurumlara verilmişdir. Həmin qurumlar bu işimizə görə bizə rəsmi təşəkkür məktubu ünvanlamışdır.

Ulu Öndərimiz Heydər Əliyevin 100 illiyinə həsr olunmuş aşağıda adları çəkilən, Bişkekdə nəşr etdirdiyimiz , “Müzəffər Ali Baş Komandan: Sən azadsan, əziz Şuşa”, “Xalqa bağışlanmış ömürdən anlar”, “100 yaşın mubarek Haydar Aliyev”, “44 günlük müqəddəs müharibənin xronologiyası” adlı 3 cildliyi, “Şuşa bəyannaməsi” və “Türk dünyasının dahi şəxsiyyəti” adlı kitablarını nəşr etdirib və həmin kitablar digər kitablarla birlukdə Prezident İlham Əliyevə şəxsən təqdim edilmişdir. Düşünürük ki bu kitabların Bişkekdə çap olunduğunu nəzərə alaraq belə bir mötəbər tədbirdə sərgilənməsi, Ulu Öndərimizin təkcə Azərbaycanda deyil, həm də onun hüdudlarından çox uzaqlarda sevildiyinin əyani sübutu olacaqdır.

Fondumuz, Bişkekdə nəşr edilmiş “Heydər Əliyev ilinə” həsr olunmuş və bir sıra başqa kitabları Bakı Ekspo mərkəzində keçiriləcək beynəlxalq kitab sərgisində sərgiləyəcək. Beynəlxalq kitab sərgisində rəsmi qeydiyyatdan keçmiş, aşağıda adları çəkilən kitabları sərgiləyəcək:

1. “Мгновения жизни, подаренной народу” 416 səhifə, “Xalqa bağışlanmış ömürdən anlar”416 səhifə

2. “Победоносный Главнокомандующий: -Ты свободна, родная Шуша!” (“Müzəffər Ali Baş Komandan:- Əziz Şuşa sən azadsan!” rus dilində – 532 səhifə.

3. “100 yaşın mübarek Haydar Aliyev”-220 səhifə (Müəllifi Türkiyəli yazar Yusif Aslan)

4. “Türk dünyasının dahi şəxsiyyəti”-400 səhifə (müəlliflər qrupu Rus və Azərbaycan dillərində)

5. “44 günlük müqəddəs müharibənin xronologiyası” 3 cilddə (birinci cild- 508 səhifə, 2 ci cild -504 səhifə, 3 cü cild-520 səhifə

6. “Şuşa bəyannaməsi” (qırğız, rus, Azərbaycan və türk dillərində-116 səhifə

7. “Azərbaycanda Milli hərakat”- Şirməmməd Hüseynovun təqdimatında (Azərbaycan və rus dillərində128 səhifə

Bundan başqa bir sıra tariximizi, ədəbiyyatımızı özündə əks etdirən kitablar da nəşr etdirib:

8. “Türk Dünyasının Mümtaz oğlu Salman Mümtaz” -Şəlalə ana Hümmətli, Azərbaycan dilində-128 səhifə

9. “История Азербайджана в армянской исторической публицистике и историографии: фальсификация и правда (по рецензиям азербайджанских историков)” AMEA Bakıxanov adına tarix insitutunun müəlliflər qrupu – 178 səhifə rus dilində

10. “Азербайджандын тышкы саясаты жана анын чыныгы достору” (Qafar Əliyev, qırğızca-132 səhifə

11. “Замонавий Озербойжон шеърияти” (Azərbaycan şairlərinin şeirləri Özbək dilində- 188 səhifə

12. “Ruhlarla söhbət”- (Vaqif Aslan, Türk dilində -152 səhifə, Özbək dilində 152 səhifə

13. “Şuşadakı Duyğular”- (Vaqif Aslan, Azərbaycan, türk və özbək dillərində-96 səhifə)

14. “Aytmatov İmperiyanın son yazıçısı”- Osmonakun İbraimov Azərbaycan dilində 220 səhifə

15. “Qırğızlar”- Kanıbək İmanaliyev, Azərbaycan dilində- 292 səhifə

Həm də Azərbaycan haqqında Bişkekdə nəşr etdirilən kitabların həmin sərgidə sərgilənməsi Azərbaycana bir çox dividendlər gətirəcəytinə şübhə yoxdur.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678