Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Mingəçevir 11 illik musiqi məktəbində “Qarabağın döyünən ürəyi ŞUŞA”adlı tədbir maraqla qarşılandı

180 Baxış

Mingəçevir 11 illik musiqi məktəbində “Qarabağın döyünən ürəyi ŞUŞA”adlı tədbir maraqla qarşılandı.

Turanmedia.az xəbər verir ki, Mingəçevir şəhər Üzeyir Hacıbəyli adına 1saylı 11 illik musiqi məktəbində Zəfər Günü və Mingəçevir şəhərinin 75 illik yubleyi münasibəti ilə “Qarabağın döyünən ürəyi ŞUŞA”adlı tədbir keçirilib. Tədbirdən öncə ərazi bütövlüyümüzün təmin edilməsi uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib,Dövlət himni səsləndirilib. Daha sonra musiqi məktəbinin şagird və müəllimlərinin, Qaytagı ritm qrupu ,Xarı Bülbül ansamblı , Zülfiyyə Hacıyeva,Səttar Orucov ,Xəyalə Rüstəmova,Amil Həsənov, Diqqət Sadıqov , Xəzər Əliyev, Sadiq Bayramov,Nurlana Xabarova, Sevinç Əliyeva , Zülfiyyə Bağırova ,Ahu Məmmədli ,Yusif Kərimlinin səsləndirdikləri musiqilər tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.Tədbirdə Mingəçevir şəhər Üzeyir Hacıbəyli adına 1saylı 11 illik musiqi məktəbinin bir neçə müəlliminə Yeni Azərbaycan Partiyasının üzvlük biletləri təqdim olunub.

Onu da qeyd edək ki,tədbirə şəhid ailələri,qazilər,fəxri qonaqlar və media nümayəndələri dəvətlə idilər.

Esmira Hidayətova,Mingəçevir


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678