Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Krim bizim evimizdir

209 Baxış

31.10.2023-cü il tarixdə “Celil Necebov adina Azərbaycan mədəniyyət mərkəzi” Krim regional ictimai təşkilatının Simferopol şəhərində təntənəli surətdə ildőnümü günü qeyd olundu. Təşkilat 2022-ci ildə qeydiyyatdan keçmiş və Krımın xalqları arasında özünə məxsus hörmət və yer qazanmışdır. Təşkilat bir il ərzində “Novruz” bayramı, “Azərbaycan Respublikasının Müstəqilliyinin Bərpası Günü”, Ulu öndər H.Əliyevin 100 illiyinə həsr olunmuş gecə, “Аna dili günü” kimi tədbirlər həyata keçirib. Bundan əlavə, bu bir il ərzində Təşkilat digər xalqların təşkilatları ilə sıx əlaqədə olub. Bunu, həmən təşkilatların “Azərbaycan mədəniyyət mərkəzinə” olan isti münasibətindən görmək olar.
Turanmedia.az xəbər verir ki, təşkilatın bir illiyinə həsr olunmuş tədbirdə sədr Muxtarova Arifə Mübariz qızı qonaqları həyata keçirilən işlərlə tanış edib və gələcək planlarından danışıb. İl ərzində təşkilata təltif olunmuş ödüllərin və Azərbaycanın milli mədəniyyətini əks etdirən dəyərlərin sərgisi təşkil olunmuşdu. İldönümü münasibəti ilə digər xalq sədrləri Krım azərbaycanlılarını təbrik etmək üçün tədbirə təşrif buyurmuşdular. Təbriklə bərabər dostluq, qardaşlıq haqqda da şüarlar eşidilirdi. “Xalqlar dostluĝu evi” dövlət qurumunun müdiri Larisa Vasiliyevna Sakirskaya tərəfindən mədəniyyət mərkəzinin ünvanına təbrik məktubu səsləndirildi və hədiyyə bağışlanıldı. Tədbirdə aztəminatlı ailələrə dəstək olan xeyriyye fondu, sağlamlığında məhdudiyyət olan uşaqlar, çoxuşaqlı ailələr də iştirak edirdilər.
12 yaşlı Mələk Abbasovanən tədbir zamani auksiona qoyulmuş çəkdiyi şəkillərdən toplanan məbləğ xeyriyyə fonduna keçirildi.
Azərbaycan bəstəkarlarının mahnıları, məharətlə ifa edilən milli rəqslər tədbirdə iştirak edən qonaqların gözlərini oxşamışdı.
Sonda, tədbirdə iştirak edən bütün uşaqlara hədiyyələr paylanıldı və Krım filarmoniyasının rəqqasəsi Alyona Proskuryakova tərəfdən uşaqlar üçün “Cücələrim” rəqsinin master-klası oldu.
Őzünəməxsus üsulda tədbiri bəzəyən Krımın emekdar artisti Rəşid Məmmədov Təşkilat sədri Arifə xanım tərəfdən xüsusi ődüle layiq görüldü. Rəşid Məmmədov Azərbaycanın ölməz dahisi Rəşid Behbudovun qohumudur.
Tədbir Simferopol şeherindeki “Sofram” restoraninda yerle heç bir təmənnasız təmin olunmuşdu ki, bu təminat üçün sədr tərəfdən Orucov Əli xüsusi minnətdarlığa layiq görüldü.
Tədbirin sponsoru Muxtar Muxtarli növbeti tədbirlərdə də əlindən gələn köməyi əsirgəməyəcəyini söz verdi.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678