Cəlilabadda torpaq üstündə dava olub, dörd nəfər xəsarət alıb
31 Baxış

Cəlilabad rayonunda iki ailə arasında torpaq mübahisəsi olub.
Turanmedia.az Tns-ə istinadən xəbər verir ki, hadisə rayonun Abışabad kəndində qeydə alınıb.
İki ailə arasında torpaq sahəsinə görə yaranan mübahisə daha sonra davaya çevrilib.
Nəticədə rayon sakinləri, 1975-ci il təvəllüdlü Ərəstun İbrahimov, 1971-ci il təvəllüdlü Fikrət İbrahimov, 2001-ci il təvəllüdlü İsmət İbrahimov, 1998-ci il təvəllüdlü Məlik Qarayev müxtəlif xəsarətlər alıb. Onlar rayon xəstəxanasına aparılıb.