Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Bakıda 4 marşrut avtobusunun hərəkət sxemi dəyişdirilir

28 Baxış

Bu gün Bakıda 4 marşrut avtobusunun hərəkət sxemi dəyişdiriləcək.

Turanmedia.az Tns-ə istinadən xəbər verir ki, Bakı şəhəri, Nəsimi rayonu, Əbdülvahab Salamzadə və Ceyhun Səlimov küçələrinin kəsişməsində su xəttində baş verən qəzanın aradan qaldırılması məqsədilə noyabrın 9-u saat 10:00-dan saat 14:00-a qədər asfalt-beton örtüyü qazılaraq bərpa işləri aparılacaq.

Təmir-bərpa işləri ilə əlaqədar həmin yol sahəsindən keçən 7A, 7B, 67 və 199 nömrəli müntəzəm marşrutların hərəkət sxemlərində müvafiq dəyişikliklər edilərək fəaliyyətləri alternativ küçələrlə təşkil olunacaq.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678