Dövlət başçısı: “İran və Azərbaycan bundan sonra da uğurla əməkdaşlıq edəcək”
75 Baxış
Əvvəlki illərdə də biz regiondankənar qüvvələrin İranla Azərbaycan arasında dostluq münasibətlərinə müdaxilə etmək cəhdlərinin də şahidi olmuşuq.
Turanmedia.az Tns-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 9-da Daşkənddə İran Prezidenti Seyid İbrahim Rəisi ilə görüşdə deyib.
Bu cəhdlərin nəticəsiz qaldığını vurğulayan dövlətimizin başçısı bildirib: “Əminəm ki, indi də düşmənlərimiz öz məqsədlərinə çatmayacaqlar. İran və Azərbaycan bundan sonra da uğurla əməkdaşlıq edəcək və münasibətləri gücləndirəcək”.