Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Gözumun nuru Vətən !

282 Baxış

Turanmedia.az xəbər verir ki, 13.11.2023-cü il tarixdə Sinema Parkda Azərbaycan Respublikası Qeyri hökumət Təşkilatlarına Dövlət dəstəyi agentliyinin maliyyə yardımı ilə ərsəyə gələn “Gözumun nuru vətən” adlı sənədli filmin təqdimatı kecirildi. Film gözünün nurunu itirən iki gənc qazımızin həyat yolundan bəhs edir.Onlardan biri deyir ki ,biz şəhid olmasaq da,gözumuz şəhid oldu. Görmədən yaşamaq istəyini itirməyən bu gənclər doğurdan da bizim qurur mənbəyimizdir.Və bu qəbildən olan filmlərin davamı gəlməlidir ki, butun dunya onları tanısın,gənc nəslə bir numunə olsun. Film maraqla qarşılandı.Cıxışcılar film haqqında öz təsuratlarını bölüşdülər.Dunənki butun alqışlar bu qəhrəmanların şərəfinə idi.Onlar yaşadıqca Vətən basılmaz!
“Gözumun nuru vətən” sənədli filmin layihə rəhbəri Reyhan Cəfərzadə, ideya müəllifi Simuzər Ağakişiyeva,rejissor Fuad Kərımoğlu,operator Nəsimi Babayev idi.
Onu da qeyd edim ki xeyli zamandır ki istedadlı aktrisa Simuzər Ağakişiyeva bu qəbildən olan layihələrə öz imzasını atır, fiziki qüsurlu qazilərimizə qayğı və diqqətini mütəmadi olaraq göstərir və eyni zamanda bu işə yaradıcı yanaşır ,onları bizlərə də yaxından tanıtmağa calışır.Bu həsas insanlar doğurdan da qayğıya,sevgiyə möhtacdır ki bizlər bunu onlardan əsirgəməməliyik.
Butun yaradıcı heyəti təbrik edirik, Şəhidlərimiz unudulmadıqca,qazilərimiz bizim diqqət və qayğımızla əhatə olunduqca həyat öz axar ında davam edəcək!

 

Təranə Feyzullayeva


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678