Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Qripə yoluxan qadının əllərini və ayaqlarını kəsdilər

41 Baxış

ABŞ-da qadın qripdən xəstələndikdən sonra əzalarını itirib.

Turanmedia.az Tns-ə istinadən xəbər verir ki, bu barədə “Fox News” məlumat yayıb.

Ohayo ştatında orta məktəb direktoru işləyən 42 yaşlı Kristin Foks 2020-ci ilin mart ayında qripə yoluxub. Qadın xəstəxanaya gedib, ona virus əleyhinə dərman yazılıb və evə göndərilib.

Ertəsi gün Foksun vəziyyəti kəskin şəkildə pisləşib. Qadının tibbi təcrübəsi olan bir dostu onun qan təzyiqini və oksigen səviyyəsini ölçüb və hər ikisi kritik dərəcədə aşağı olub. Foks təcili olaraq xəstəxanaya çatdırılıb.

“30 dəqiqədən sonra ventilyatora qoşuldum. Mənə dedilər ki, yəqin ki, sağ qala bilməyəcəm”, – Kristin Foks qeyd edib.

Xəstədə böyrək və ağciyər çatışmazlığına səbəb olan bakterial pnevmoniya inkişaf edib. Bir neçə gün sonra həkimlər Foksun septik şoka düşdüyünü aşkar etdilər. O, komaya salınıb. İnfeksiyanın yayılmasının qarşısını almaq üçün həkimlər qadının ayaqlarını dizdən aşağı, qollarını isə dirsəkdən aşağı kəsməli olublar.

Əməliyyatdan sonra həkimlər Foksu komadan çıxarıblar və üç gün sonra o, özbaşına nəfəs ala bilib və süni nəfəs aparatından ayrılıb. Qadın bir neçə həftə sonra evə buraxılıb və altı həftəlik iki intensiv fizioterapiya kursu keçib.

Hazırda qadın məktəbə işə qayıdıb və protezlərin köməyi ilə gəzir:

“Mən ümumiyyətlə protez əllərdən istifadə etmirəm. Onlarsız yaşamağı öyrəndim – bu şəkildə daha asandır. Hətta onlarsız maşın sürürəm”.(publika.az)


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678