Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Əliyev “Erməni qovşağı”na imkan vermədi – Siradeqyan

28 Baxış

“Regional kəsişmə” ideyası Ermənistanda ilk prezidentin dövründə (Levon ter-Petrosyan nəzərdə tutulur – red.) gündəmə gəldi. “Erməni qovşağı” adlı fenomenin xəritəsi də tərtib olundu, ancaq həyata keçmədi. Çünki Heydər Əliyev o ideyanın həyata keçirilməsinə imkan verməyəcək qədər ağıllı idi.

Turanmedia.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri erməni ekspert Vaxtanq Siradeqyan yazıb.

O bildirib ki, bu ideya reallaşsa, Ermənistanın iqtisadi inkişafına gətirib çıxaracaq, müsbət nəticələr verəcəkdi:

“Bunun reallaşması üçün təbii ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi bağlanmalı idi”.

O qeyd edib ki, layihə şimaldan cənuba (və əksinə) və şərqdən qərbə yüklərin daşınması üçün nəzərdə tutulub:

“Lakin bir problem var: qlobal miqyasda şimal-cənub istiqaməti Xəzərin qərb sahili boyunca uzanan İran-Azərbaycan-Rusiya dəmir yolu xətti ilə təmin olunacaq. Onun tikintisi, bildiyimə görə, son mərhələdədir. Yəni bütün dəmir yolu yox (bütövlükdə dəmir yol işləkdir – red.), yalnız Azərbaycanı İranla birləşdirəcək kiçik bir hissə. Bu, Şərq ölkələrindən gələn yüklərlə yanaşı, cənubdan (ərəb ölkələrindən) gələn axını da daşıya bilir. Qərbi Zəngəzurdan keçən dəmir yolu isə ancaq Azərbaycanın şərq hissəsini Naxçıvanla birləşdirəcək, Türkiyəyə də davam edəcək. Və ümumiyyətlə, Rusiya Türkiyə ilə əlaqə quracaq. Bu mənada o yol şərqdən-qərbdən düşmənlərimizə (Türkiyə və Azərbaycan nəzərdə tutulur – red.) və müəyyən dərəcədə Rusiyaya xeyir verir. Həm də ona görə ki, əsas “Şimal-Cənub” marşrutu, deyildiyi kimi, Xəzərin qərb sahilindən keçəcək”.

O xatırladıb ki, artıq Çindən Avropa ölkələrinə yük daşınması üçün üç variant var:

“Birincisi, Çin-Qazaxıstan-Rusiya-AB istiqamətində hərəkət edən şimal yoludur. Yalnız üç quru sərhədi keçir. Rusiya-Ukrayna müharibəsi səbəbindən dalana dirənib.

Azərbaycanda daim haqqında danışdığı Orta Dəhliz beş sərhədi və ən azı bir dəniz marşrutundan – Xəzər dənizindən keçir. Sonra Azərbaycan-Gürcüstan-Türkiyə xəttində davam edir. Qərbi Zəngəzurdan keçən Orta Yol daha uzundur. Çindən Avropaya uzanan “Yeni İpək Yolu” adlı layihənin məqsədi isə yüklərin marşrutunu mümkün qədər qısaltmaqdır. Çünki Çindən başlayaraq dənizlər və okeanlar vasitəsilə Avropaya çatan cənub marşrutu uzun müddətdir fəaliyyət göstərir, lakin ən uzun və iqtisadi baxımdan ən səmərəsizidir. Deməli, Çin yükləri 21-ci əsrdən bəri getdikləri yolla (Gürcüstandan keçməklə) mütləq gedəcək. Zəngəzurdan keçən dəmir yolunun xeyri cüzidir – yalnız Türkiyə və Azərbaycandan tranzit haqqı olacaq.

Eyni zamanda, Çin mallarının təkcə Avropaya deyil, birbaşa Qərbə daşınması üçün “Yeni İpək Yolu”nun əsas istiqamətinin işə salınması planlaşdırılır. Təxminən 6500 km olacaq bu yol Sakit okean sahillərindən başlayacaq, Sincan-Uyğur Muxtar Rayonuna qədər Çin ərazisindən keçəcək, sonra Qazaxıstan, Özbəkistan, Türkmənistan, İran, İraq, Suriya və Türkiyədən keçəcək, Bolqarıstan, Rumıniya və Çexiyadan Almaniyaya çatacaq. Əsas marşrutdan bir çox digər ətraf ölkələrə çıxışlar olacaq. Və bu halda da Ermənistan əsas yolda olmayacaq.

Beləliklə, Nikolun sülh kəsişməsi sadəcə bir blefdir. Mümkün müharibə olacağı təqdirdə isə Ermənistan üçün təhlükəyə çevriləcək”.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678