Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Ramin Bayramlı Səhiyyə Nazirliyinə müraciət etdi

31 Baxış

Ramin Bayramlı sədr müavini vəzifəsində məruzə ilə çıxış edəcək

Azərbaycan Klinik Laboratoriya Mütəxəssisləri (AZKLMİB) İctimai Birliyinin təşkilatçılığı ilə 4-cü regional – Laborator testlərə müasir yanaşma simpoziumu keçiriləcək.

Turanmedia.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, simpoziumun akkreditasiya olunması üçün Səhiyyə Nazirliyinə müraciət edilib.

Simpoziumun dekabrın 9-da Lənkəran şəhərində keçirilməsi planlaşdırılıb.

Tədbirin Elmi proqramı hazırdır və buraya hematologiya, analitik metodlar və problemlər, metabolizm və mikrobiologiya istiqamətlərinə aid panellərlə laborator tibbin müxtəlif sahələrinə və aktual məsələlərinə dair məruzələrə yer verilib.

Simpozium yalnız AZKLMİB üzvləri üçün nəzərdə tutulub və burada həkim mikrobioloq R.Bayramlı məruzə ilə çıxış edəcək.

Qeyd edək ki, R.Bayramlı Azərbaycan Klinik Laboratoriya Mütəxəssisləri (AZKLMİB) İctimai Birliyinin təsisçisi və sədr müavinidir. O, həm də Azərbaycan Tibb Universitetinin (ATU) Tibbi mikrobiologiya və immunologiya kafedrasında dosent vəzifəsində çalışır.

R.Bayramlı 2019-2021-ci illərdə TƏBİB-in sədri vəzifəsində çalışıb.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678