BQXK-nin Qarabağdan apardığı meyitlərin sayı açıqlandı
7 Baxış

Beynəlxalq Qızıl Xaç Komitəsi sentyabr-oktyabr aylarında Qarabağdan 220 cəsəd çıxarıb. Onların əksəriyyəti Xankəndi yaxınlığında baş verən yanğında ölənlərdir.
Turanmedia.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə BQXK-nın sosial şəbəkələrdəki səhifəsində məlumat verilib.
“124 yaralı və ağır xəstə Ermənistana çatdırılıb”, – komitə qeyd edib.
Qeyd edək ki, 25 sentyabrda xankəndi yaxınlığındakı yanacaq məntəqəsində baş verən dəhşətli partlayışda yüzlərlə ölən və yaralanan olmuşdu.