Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Ulu öndərin xatirəsinə həsr olunmuş yeni nəşr

147 Baxış

Ulu öndərin xatirəsinə həsr olunmuş yeni nəş

Turanmedia.az xəbər verir ki, Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin məlum Sərəncamından irəli gələrək nəşr olunan teatrşünas-tənqidçi Anar Ərtoğrul Burcəliyevin “Milli mədəniyyət tariximiz Heydər Əliyev ideyalarında” adlı yeni kitabı işıq üzü görmüşdür.

Yeni nəşr Ulu öndər Heydər Əliyevin 100 illik yubileyi ərəfəsində onun Azərbaycan mədəniyyətinə göstərmiş olduğu diqqət və qayğısından bəhs etməklə əziz xatirəsinə həsr olunur. Kitabın redaktorluğu Sailə Məhərrəmqızına, tərtibatı Zibər İsayevaya, üz qabığının tərtibatı isə Ariz Babayevə məxsusdur. Kitab “STAR” çap evində nəşr edilmişdir.

Qeyd edək ki, yeni nəşr Nizami (Gəncə) Bələdiyyəsi, Kəpəz (Gəncə) Bələdiyyəsi və Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin maliyyə dəstəyi ilə nəşr edilib.

Xatırladaq ki, teatrşünas-tənqidçi Anar Ərtoğrul Burcəliyev bundan öncə “Əsl el adamı”, “Səhnə həyat nurumdur”, “Azərbaycan kinosunun tarixi və inkişafı”, “Qoşa qanad”, “Məqalələrim, ressenziyalarım, oçerklərim və müsahibələrim”- I və II – cildlər, “Onun dünyası”, “Xalq şairi olmayan, xalqın şairi”, “44 günlük Zəfər tarixinin Gəncə şəhidləri”, “Qalib əsgərin hekayəti” və “Qalib əsgərin hekayəti – Göygöl rayonu” adlı kitabları ilə oxucularının görüşünə gəlmişdir.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678