Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Hərəyə bir ağac əkək” YAP-ın təsis edilməsinin 31-cu ildönümü münasibəti ilə.

107 Baxış

YAP Mingəçevir şəhər təşkilatı 31-ci ildönümü münasibəti ilə ağacəkmə aksiyası keçirib.

Turanmedia.az xəbər verir ki, Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 31 illik yubileyi ilə bağlı keçirilən ağacəkmə aksiyasından öncə ulu öndərin abidəsi ziyarət olunub.
Aksiya zamanı Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov çıxış edərək qeyd etmişdir ki, , bu tədbir Yeni Azərbaycan Partiyası nümayəndələrinin ölkəmizdə həyata keçirilən yaşıllaşdırma aksiyasına növbəti töhfəsidir. Gələcəkdə də bu cür aksiyaların davamlı olacağı nəzərdə tutulmuşdur. Müasir, müstəqil Azərbaycan dövlətinin qurucusu, Yeni Azərbaycan Partiyasının yaradıcısı, ulu öndər Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə ətraf mühitin mühafizəsinə, ekoloji vəziyyətin qorunmasına, yaşıllıqların və parkların salınmasına xüsusi diqqət yetirmişdir. Yeni Azərbaycan Partiyası da Ulu Öndərimiz tərəfindən qoyulan bu ənənəni layiqincə davam etdirməkdədir.
YAP Mingəçevir şəhər təşkilatı tərəfindən həyata keçirilən aksiyada şəhərin icra başçısı İlham İsmayılov,hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Mingəçevir təşkilatının sədri Bəxtiyar Mustafayev,təhsil sektoru, ərazi partiya təşkilat sədrləri, YAP Mingəçevir şəhər təşkilatının əməkdaşları, könüllüləri, yaşıllaşdırma idarəsinin işçiləri, partiya fəalları və ümumilikdə 150 nəfər iştirak etmişdir.
Mingəçevir şəhər Ş.İ.Xətai küç.2 və 4 küçəsində keçirilən aksiyada
100-ə yaxın sərv və şam ağacları əkilmişdir.

Esmira Hidayətova,Mingəçevir


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678