Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Peyvəndlərlə bağlı xəbərdarlıq – Cərimələnə bilərsiniz

24 Baxış

Uşaqlarını vaxtında peyvənd etdirməyən valideynlərin məsuliyyətə cəlb olunacağı deyilir. Bu isə sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Bəzi istifadəçilər peyvəndin xeyirli yox, zərərli olduğunu qeyd ediblər.

Bəs belə hallara görə valideynləri hansı cəzalar gözləyir?

Məsələni daha dəqiq araşdırmaq üçün Səhiyyə Nazirliyinə müraciət olunub.

Turanmedia.az Xəzər TV-yə istinadən məlumatına görə, qurumdan bildirilib ki, İnzibati Xətalar Məcələsində bununla bağlı müddəalar var.

Belə ki, dispanserizasiyası ilə əlaqədar tibb işçilərinin göstərişlərinin yerinə yetirilməməsinə görə uşağın qanuni nümayəndəsinə xəbərdarlıq edilməsi və ya 20 manat məbləğində cərimə nəzərdə tutulub.

Həmçinin uşaqların illik tibbi baxışdan və zəruri müayinələrən keçirilməməsinə görə fiziki şəxslər 30, vəzifəli şəxslər 50, hüquqi şəxslər isə 500 manat məbləğində cərimə oluna bilərlər.

Bəs peyvənddən yayınmaq doğrudurmu? Hansı uşaqlar peyvənd oluna bilməz?

Elmi-Tədqiqat Pediatriya İnstitutunun pediatrı Gülnaz Ağayeva azyaşlıların peyvəndlənməsini vacib hesab edir.

Həkim qeyd edir ki, bəzi əks-göstərişlər olduqda peyvəndlənmə aparılmır.

Pediatr vurğulayır ki, peyvənddən əvvəl uşaqlar həkim tərəfindən yoxlanmalı, hərarəti ölçülməlidir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678