Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Müharibə iştirakçısı olan direktor qəfil vəfat etdi – FOTO

27 Baxış

Saatlı rayon Əhmədbəyli kənd orta məktəbinin direktoru, Vətən müharibəsi iştirakçısı Eldost Azayev qəfil dünyasını dəyişib.

Turanmedia.az qafqazinfo.az-a istinadən xəbər verir ki, 44 yaşlı direktor ötən gecə yaşadığı evdə vəfat edib.

Qeyd edək ki, Eldost Azayev Vətən müharibəsinə könüllü yollanıb və döyüşlərdə leytenant kimi iştirak edib. Ona müharibənin gedişində baş leytenant rütbəsi verilib. E.Azayev Vətən müharibəsindən sonra Qubadlının və Cəbrayılın azad edilməsinə görə medalları ilə təltif edilib.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678