Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Mingəçevirdə “Sabahın alimləri” XIII Respublika müsabiqəsinə hazırlıqla bağlı görüş keçirilib

52 Baxış

Turanmedia.az xəbər verir ki, 2023-cü il noyabrın 23-də Mingəçevir Dövlət Universitetində (MDU) Mərkəzi Aran Regional Təhsil İdarəsinin Mingəçevir şəhəri üzrə təhsil sektoru ilə birlikdə “Sabahın alimləri” XIII Respublika müsabiqəsinə hazırlıqla bağlı görüş keçirilib.

Görüşdə müsabiqədə iştirak etmək arzusunda olan Mingəçevir şəhər ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri, onların müəllimləri və MDU-nun müvafiq alimləri iştirak ediblər.

Elmi təfəkkürün inkişafı baxımından müsabiqənin önəmindən danışan MDU-nun rektoru Şahin Bayramov və təhsil sektorunun müdiri Sevinc Həsənova müsabiqədə iştirak edəcək şagirdlərə MDU-nun alimləri tərəfindən zəruri mentorluq dəstəyinin göstəriləcəyini vurğulayıblar və onlara uğurlar arzulayıblar.

Göstərilən diqqətə və dəstəyə görə təşəkkürlərini bildirən şagirdlər müsabiqə üçün nəzərdə tutduqları ilkin ideyalar və layihə təklifləri barədə məlumat veriblər.

Maraqla qarşılanan ideyalar barədə fikir mübadiləsi aparılıb və müsabiqədə uğurlu iştirakla bağlı müvafiq tövsiyələr diqqətə çatdırılıb.

Qeyd edək ki, Azərbaycan Respublikasında fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin IX-XI siniflərində təhsil alan şagirdlərin elmi axtarışlara sövq edilməsi, onların elmi və yaradıcılıq fəaliyyətinin stimullaşdırılması məqsədi daşıyan sözügedən müsabiqə 8 istiqamət (riyaziyyat, fizika və astronomiya, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya və ətraf mühitin idarə olunması, mühəndislik, kompüter elmləri) üzrə elmi tədqiqat işinə meyli olan istedadlı şagirdlərin aşkar olunmasına hədəflənmişdir. Regionda fəaliyyət göstərən ümumtəhsil müəssisələri ilə işbirliyinə xüsusi önəm verən MDU-da bu istiqamətdə də şəhər məktəblilərinə müvafiq dəstəyin göstərilməsi diqqət mərkəzində saxlanılır.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678