Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Bu bizim qırmızı xətdir – Dini Komitə

22 Baxış

“İstənilən xalqın, millətin, cəmiyyətin müsbət və mənfi cəhətləri kritik zaman ortaya çıxarır. 44 günlük müharibə Azərbaycan cəmiyyəti bu imtahandan və sınaqdan çox uğurla çıxdı”.

Turanmedia.az olke.az-a istinadən xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov Milli Məclisdə dinləmələr zamanı deyib.

“Biz 44 günlük müharibə zamanı nə qədər vətənini sevən, onun uğrunda şəhid olmağa hazır olan Azərbaycan gəncini gördük. Qloballaşan dünyada şəhid övladının cənazəsini çiynində aparan ananın, döyüş əməliyyatından öncə əsgərlərimizin valideynlərinə, ailəsinə, övladına ünvanlandığı videogörüntülərin şahidi olduq. Biz qloballaşan dünyada ailə ənənələrimizin nə qədər güclü olduğunu gördük”. – komitə sədrinin müavini deyib.

İsmayılov əlavə edib ki, Dini komitənin əsas vəzifələrindən biri də ailə dəyərlərinin təbliğidir və bu sahədə işlər görülür. “Son iki ildə komitə din xadimlərinin təyinatını həyata keçirir. Bununla yanaşı, qadın dini ayinlərin təyinatını da həyata keçirməkdəyik və indiyədək 30-a yaxın qadın dini ayinlərin icraçısı vəzifəsinə təyin edilib. Onlara ilk növbədə ailə dəyərlərini təbliği tapşırılır”.

Erkən nikahla bağlı problemlərə gəldikdə İsmayılov deyib ki, bu bizim qırmızı xətdir: “18 yaşına çatmayanların nikahı qadağan edilib. Əlavə onu da qeyd etmək istərdim ki, bu gün bizim ailə problemindən öncə insan problemimiz var. İnsan yetişdirmək bu gün başlıca məqsəddir. Bütün problemlərin kökündə insan yetirşdirmək dayanır”.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678