Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Mingəçevir məktəblərində fənn həftəliyinə start verilib

235 Baxış

Mingəçevir məktəblərində fənn həftəliyinə start verilib. Fənn həftəsi çərçivəsində Texniki Humanitar Liseydə(THL) Azərbaycan dili və ədəbiyyat həftəsi keçirilib. Bu münasibətlə keçirilən tədbiri bu dəfə liseyin müəllimləri hazırlayıb və iştirakçısı olub.

Turanmedia.az xəbər verir ki, Mingəçevir şəhər Təhsil Sektorunun təşəbbüsü ilə keçirilən tədbir sazlı,sözlü tədbir ilk olaraq THL liseydə “Könlüm keçir Qarabağdan” adlı musiqili, ədəbi – bədii gecə ilə başlayıb.
İştirakçıları yalnız müəllimlərdən olan tədbirin məqsədi ədəbiyyatımızın, musiqimizin, incəsənətimizin, milli – mənəvi dəyərlərimizin təbliği idi.
Liseyin müəllimləri Nərgiz Tağıyeva, Xatirə Allahverdiyeva və Şəfəq Mustafayevanın təşkilatçılığı ilə keçirilən tədbirdə şeirlər səsləndi, mahnılar ifa olundu, səhnələr göstərildi, liseyin tarix müəllimi Zaur Kərimli Qarabağın tarixi haqqında məlumat verdi.
Tədbirdə Mingəçevir Təhsil Sektorunun əməkdaşları, məktəb direktorları, müəllimlər iştirak etdilər. Onlar da şeir, meyxana söyləyib, mahnılar ifa edərək tədbirin iştirakçılarına çevrildilər.
İştirakçılar və qonaqlar əsasən milli geyimlərdən, aksessuarlardan istifadə etdilər.
Bu çal-çağırlı, milli ruhlu tədbir bütün iştirakçıların ifasında Qarabağ yallısı ilə başa çatdı.

Esmira Hidayətova,Mingəçevir


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678