Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Günün aktual məsələsi müzakirə edilib

122 Baxış

Mingəçevir şəhər İcra Hakimiyyətində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına müvafiq olaraq elektron portaldan istifadə qaydalarına həsr olunmuş müzakirə aparılmışdır.

Turanmedia.az xəbər verir ki, müzakirədə əsas diqqət “Açıq Hökumətin təşfiqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrası vəziyyəti ilə bağlı dəyirmi masa ətrafında söhbət təşkil olunmuşdur. Mingəçevir şəhər İcra Hakimiyyəti başçısı aparatının hüquq şöbəsinin müdiri Mahir Əliyev müzakirə olunan məsələ haqqında açıqlamalar verərək bildirmişdir ki, hazırda ölkəmizin əksər müəssisə və təşkilatlarında elektron portallar yaradılmış və bu portallardan insanların istifadəsi üçün izahat işləri təşkil olunur. Bu, insanların asudə vaxtlarının düzgün təşkilinə, əlavə vaxt itkisinin aradan qaldırılmasına, eləcə də yerlərdə məmur-vətəndaş münasibətlərinin nuzamlanmasına əsaslı təsir göstərir. Mingəçevir şəhərində də bu istiqamətdə əməli işlər həyata keçirilir. Məqsədimiz sakinləri bu sistemdən istifadəyə yönəltməkdir.
Mingəçevir şəhər İcra Hakimiyyəti başçısı aparatının sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Tərlan Əliyeva, ictimai, siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Elşən Əliyev çıxışlarında elektron portaldan istifadənin əhəmiyyətindən danışdılar.
Tədbirdə iştirak edən müəssisə, təşkilat və idarələrin nümayəndələri çıxış edərək məsələnin aktuallığını qeyd etməklə bu üsulun tətbiqinin işin təşkilində mühüm rol oynadığını bildirmişlər. İşə qəbul, sənədləşmə işləri, şagirdlərin yerdəyişmələri, mədəniyyət müəssisələrində, həmçinin digər müəssisələrdə çətinliklərin aradan qaldırılmasında, eləcə də bir çox sahələrdə mövcud olan problemlərin həlli üçün elektron portaldan istifadənin zəruriliyi qeyd olunub. Bu istiqamətdə təbliğat-təşviqat içlərinə geniş yer verilməsi, insanlar arasında izahatların aparılması vacib sayıldı.

Esmira Hidayətova,Mingəçevir


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678