Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Hikmət Hacıyev Bakıda keçiriləcək forumdan yazdı

27 Baxış

“Azərbaycan Respublikasının Prezident İlham Əliyev yaxın vaxtlarda bir çox müxtəlif ölkələrin akademikləri, tədqiqatçıları və beyin mərkəzlərinin nümayəndələri ilə regional və qlobal məsələlərlə bağlı danışıqlar aparacaq”.

Turanmedia.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün “X” sosial şəbəkəsindəki hesabında yazıb.

Hikmət Hacıyev qeyd edib ki, “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və Çətinliklər” (“Karabakh: Back home after 30 years. Accomplishments and Challenges”) adlı tədbirdə xüsusilə Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması və məcburi köçkünlərin doğma yurdlarına geri qaytarılmasına diqqət yetiriləcək.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678