Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Yağışlı hava bu tarixədək davam edəcək – XƏBƏRDARLIQ

28 Baxış

Bakıda və Abşeron yarımadasında dekabrın 8-i axşamdan 10-u səhərədək fasilələrlə yağış yağacağı gözlənilir.

Turanmedia.az xəbər verir ki, bu barədə TNS-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var.

Azərbaycanın rayonlarında dekabrın 8-i axşamdan 11-i səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dağlıq rayonlarda qar yağacağı ehtimalı var.

Qərb küləyi bəzi yerlərdə arabir 15-20 m/s-dək güclənəcək.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678