Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Prezidentimizin sürprizi ilə çox xoşbəxt oldum” – Hüseynin anası

28 Baxış

Xəbər verdiyimiz kimi, Azərbaycan ilə Ermənistan arasında hərbçilərin qarşılıqlı surətdə azad edilməsi barədə razılıq əldə olunub. Razılığa əsasən, hazırda Ermənistanın əsir kimi saxladığı azərbaycanlı hərbçilər-Bəbirov Aqşinlə Axundov Hüseyn azad ediləcək.

Turanmedia.az olke.az-a istinadən xəbər verir ki, “Qafqazinfo” bu münasibətlə Hüseyn Axundovun anası Şəlalə Axundova ilə əlaqə saxlayıb.

Şəlalə xanım sevinc göz yaşlarını saxlaya bilməyib:

“Gözümüz aydın. Prezidentimizin sürprizi ilə çox xoşbəxt oldum. Onun sürprizi dünənki ömürlük həbs cəzasından sonra bizə çox böyük hədiyyə oldu. Dövlət başçımıza çox minnətdarıq. Allah onu başımızdan əskik etməsin”.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678