Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

İNSANLARIN ŞƏXSİ AİLƏ PROBLEMLƏRİNİ GÜNDƏMƏ GƏTİRƏRƏK ONLARI EKRANLAŞDIRIB REYTİNQ QAZANMAQ APARICILARA HEÇ YARAŞMIR!

79 Baxış

İNSANLARIN ŞƏXSİ AİLƏ PROBLEMLƏRİNİ GÜNDƏMƏ GƏTİRƏRƏK ONLARI EKRANLAŞDIRIB REYTİNQ QAZANMAQ APARICILARA HEÇ YARAŞMIR!

Demək olar ki, artıq 2010-cu ildən indiyədək, televiziyalarda gic-gic, heç bir dəxli və aidiyyatı olmayan ictimai verilişlər hazırlanaraq millətə təqdim edilir.

Son illərdə bu, daha da eybəcər bir hal alıb. Əvvəl camaatı verilişə çıxardaraq evləndirirdilər. Güya ki, iki əks cinsin nümayəndəsi verilişdə bir-birlərini üz-üzə görüb bəyənirdi və sonra evlənirdilər. Bu, artıq heç bir məntiqə və kitab-dəftərə sığmır. Azərbaycan xalqının öz milli mentaliteti, mədəniyyəti, abır-həyası və adət-ənənələri var. Güya aparıcılar bununla nə demək istəyirdilər? Məgər, insanların öz ağlı yox idimi? Məgər, insanlar özləri özlərinə bir adam tapıb bəyənə və ya evlənə bilməzdilərmi? Xarici ölkələr də bizim kanalları, verilişləri izləyərək bizə gülürlər. Zənnimizdə yaxşı fikirdə olsalar da belə, bu cür axmaq, səfeh verilişlər bizim üzərimizdən birmənalı olaraq xətt çəkmiş olur. Veriliş üçün mövzu tapmırlarmı ki, insanların şəxsi ailə problemlərini ictimailəşdirərək ondan pul qazanırlar?! Bu, həm də cinayətdir.

Ekrana çıxan o safeh vətəndaşlar aparıcı və xalq ilə elə şəxsi mövzularını paylaşırlar ki, adam həm onlara, həm aparıcıya, həm özünə və həm də ki, özü özünə nifrət edir. Məsələn, bir kişi ekrana çıxıb deyir: “Arvadım üç uşağı üstümə atıb başqa bir kişi ilə qaçdı”. Başqa bir adam da ekrana çıxaraq ərinin ona xəyanət etdiyini bütün detallar ilə açıqlayıb deyir. Allaha and olsun ki, bundan böyük rüsvayçılıq ola bilməz! Adam öz problemini gizli saxlamalı bir halda bu rəzillər isə biabır olmaqlarına baxmayaraq, özləri özlərini ikinci dəfə biabır edirlər. Bunu artıq hamı görür və şahid olur. Sonra, həmin o biabır olmuş insanlar şəhərdə necə gəzirlər və ya qohum-əqrəbanın, qonşuların, dostların qarşısına hansı üz ilə çıxırlar?! Vallah, adam söz tapmır.

Bundan əlavə, aparıcılar nə qədər günahkardırsa, onların verilişlərinə təşrif gətirərək özlərini biabır edənlər isə iki qat günahkardırlar. Çünki, savadsız, cahil vətəndaşlar ekrana çıxmasa, nə biabır olmazlar, nə aparıcılar onların hesabına at oynatmazlar və nə də ki, o iyrənc verilişlərin reytinqi qalxmaz. Azərbaycanda belə şey olmayıb. Son illərdə, sanki, camaat ağlını itirib. Hər kəs öz şəxsi problemini özü həll etmək əvəzinə onu televiziyalar ilə bölüşürlər. Bu qədər ağılsızlıq, rüsvayçılıq olmaz. Xalq bu barədə nə fikirləşir? Yəni öz əlləri ilə özlərini aşağılamaqlarının, öz şərəflərini və namuslarını ayaqlar altına atmaqlarının fərqinə heçmi varmırlar? Əgər yaşca böyük olanlar belə edirlərsə, o zaman, sabah onların öz övladları da onların yolu ilə gedəcəklər. Deyəcəklər ki, böyüklərimiz belə ediblərsə, yəqin bizim də belə etməyimiz düzgün olar. Adamlar ciddi şəxsi problemlərini özləri səssiz həll edirlər ki, qoy, heç kim bilməsin və biabır olmasınlar. Amma bu ekrana çıxaraq klonluq edən gic vətəndaşları isə, ümumiyyətlə, anlaya bilmirəm. Onlara söz tapmaq olmur. Birmənalı olaraq həmin verilişlərin yayımına xitam verilməli və onlar əbədiyyən bağlanılmalıdır. Çünki, o verilişlər başqa vətəndaşların da beynini qarışdırır. Elə fikirləşirlər ki, güya filankəs və ya filankəslər ekrana çıxaraq işlərini həll edirlər, qoy, biz də çıxıb problemlərimi həll edək, yaxud filan aparıcılar bizim işimizi həll etsin. Əslində, bu, olduqca çox böyük bir axmaqlıqdır! Öz aləmlərində güya ki, insanları ekrana çıxararaq onların problemlərini həll etdiklərini, əksinə, onları biabır etməklərinə baxmayaraq, onların vasitəsilə verilişlərinin reytinqini qaldırdıqlarını düşünən bədbəxt aparıcılar əvvəlcə gedib özlərinə bir gün ağlasınlar. Çünki, onların ölkəyə, xalqa heç bir xeyiri yoxdur.

Aidiyyatı qurumlar bu cür səfeh ideoloji proqramlar çərçivəsində hazırlanan verilişləri bağlasalar və bunların əvəzinə elə xalqı maarifləndirməli olan verilişlər hazırlayaraq ictimaiyyətə təqdim etsələr, vallah, billah, çox böyük xeyiri ola bilər. Çünki, millətə maariflənmək, savadlanmaq, məntiq lazımdır!

Ərtoğrul Mehdizadə


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678