Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Məşhur markanın yeni kolleksiyası insanların qəzəbinə səbəb oldu

28 Baxış

Məşhur geyim markası “Zara”nın yeni kolleksiyası üçün paylaşdığı fotolar sosial mediada hiddətə səbəb olub.

Turanmedia.az Tns-ə istinadən xəbər verir ki, fotoların çəkildiyi fondakı dağıntılar və cəsəd modellərinin Qəzzaya istinad olduğu iddia edilib və orada ölmüş insanların kəfənə bükülmüş cansız bədənlərinə bənzədilib.

Həmçinin dekorasiya üçün yaradılan divar kağızı yırtığının forması Fələstin xəritəsi ilə müqayisə edilib və tənqid olunub.

Şirkət reaksiyalardan sonra paylaşımını silib, lakin hadisə ilə bağlı açıqlama verməyib.

Qeyd edək ki, “Zara”nın 93 ölkədə 2200-dən çox mağazası var.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678