Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Küveyt Əmirinin vəfatı ilə əlaqədar Bakıda başsağlığı kitabı açılacaq

20 Baxış

Küveyt Əmirinin vəfatı ilə əlaqədar Bakıda başsağlığı kitabı açılacaq.

Turanmedia.az Tns.az-a istinadən xəbər verir ki, bu barədə Küveytin Azərbaycan Respublikasındakı səfirliyindən bildirilib.

“Səfirlik dərin kədər hissi ilə bildirmək istəyir ki, Küveyt Dövlətinin Əmiri Əlahəzrət Şeyx Nəvaf əl-Əhməd əl-Cabir əs-Sabah 16 dekabr 2023-cü il tarixində dünyasını dəyişib.

Bununla əlaqədar olaraq 18 – 20 dekabr 2023-cü il tarixləri arasında, saat 11:00-16:00-dək Küveytin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Abdullah Mohamed Abdullah Almauidinin rəsmi iqamətgahında başsağlığı kitabı açılacaq”, – deyə səfirliyin məlumatında qeyd olunub.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678