Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Naxçıvanda dövlət qulluğuna qəbul imtahanı təxirə salındı

25 Baxış

Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən dövlət qulluğunda inzibati icraçı vəzifələrə (B növü) aid olan vəzifə qrupları üzrə test imtahanı keçirilib.

Turanmedia.az xəbər verir ki, DİM-dən TNS-ə verilən xəbərə görə, imtahan kağız daşıyıcılar vasitəsilə Bakı şəhərində 11 binada təşkil olunub. İmtahanının keçirilməsi üçün 11 ümumi imtahan rəhbəri, 31 imtahan rəhbəri, 257 nəzarətçi‑müəllim, 41 buraxılış rejimi əməkdaşı ayrılıb.

İlkin məlumatlara əsasən, 1 nəfərin üzərində xüsusi rabitə qurğusu aşkar olunduğundan imtahandan xaric olunub və nəticələri ləğv edilib.

Dekabrın 18-dən etibarən DİM-də imtahan protokolları və cavab kartlarının emalı aparılacaq.

İmtahan nəticələri yaxın 2 gün ərzində elan olunacaq: “Məlumat üçün bildiririk ki, bu gün Bakı şəhəri ilə yanaşı, Naxçıvan şəhərində də dövlət qulluğuna qəbul imtahanı keçirilməli idi. Lakin səhər saatlarında Bakıdan Naxçıvana uçmalı olan təyyarə reysi Naxçıvan Muxtar Respublikasında müşahidə olunan hava şəraiti ilə əlaqədar gecikdiyi üçün Naxçıvanda nəzərdə tutulan imtahanın vaxtı 24 dekabr 2023-cü il tarixinə dəyişdirilib. Namizədlər bu imtahan üçün buraxılış vərəqəsini növbəti həftə ərzində (imtahana 3 gün qalmış) çap edə biləcəklər. Yeni buraxılış vərəqələri sayta yerləşdiriləndə məlumat paylaşılacaq”.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678