Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

MDU tələbəsi ən böyük təqaüdə layiq görülüb

50 Baxış

Mingəçevir Dövlət Universitetinin (MDU) tələbələri Nərmin Qədimli və Qənirə Hüseynova “Heydər Əliyev adına təqaüd” qazanıb!

Turanmedia.az xəbər verir ki, rektor Şahin Bayramov sosial media hesabında hər iki tələbə xanımı Universitet kollektivi adından təbrik edib!

Ümummilli Liderimizin 100 illiyini təntənəli şəkildə qeyd etdiyimiz vaxtda Ulu Öndərimizin adını daşıyan təqaüdə layiq görülmək qürurvericidir!

Möhtərəm Prezidentimizin müvafiq Sərəncamı ilə bakalavriat səviyyəsində əyani formada təhsil alan və təhsildə yüksək nailiyyətləri olan 100 nəfər tələbə üçün “Heydər Əliyev adına təqaüd” təsis edilib.

Təqaüd dövlət büdcəsinin vəsaiti hesabına 3000 manat məbləğində birdəfəlik ödənilir.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678