Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Teleqramda saxta səhifələr yaradılıb – XƏBƏRDARLIQ

21 Baxış

Teleqram ani mesajlaşma tətbiqində “PashaPay” şirkətinin məhsulu olan “m10”a aid saxta səhifələr yaradılıb. Dələduzlar vətəndaşların etimadından sui-istifadə edərək həvəsləndirici hədiyyə vədləri təklif edirlər.

Turanmedia.az-ın məlumatına görə, Ölkə.az Elektron Təhlükəsizlik Xidmətinin yaydığı məlumata istinadən xəbər verir ki, hədiyyənin əldə olunması üçün vətəndaşlardan müəyyən məbləğlərdə maliyyə vəsaiti tələb olunur.

“Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara rəsmi olmayan səhifələrə etimad etməməyi və hər hansı şirkətin həyata keçirdiyi kampaniyalarla bağlı məlumatlarla qarşılaşdıqda ilk növbədə, həmin şirkətlə əlaqə saxlamağı və yaxud şirkətin rəsmi veb-saytına daxil olaraq məlumatı dəqiqləşdirməyi tövsiyə edir”, – deyə məlumatda bildirilir.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678