Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Azərbaycanda yeni pandemiya elan oluna bilər? – AÇIQLAMA

26 Baxış

Azərbaycanda qızılca xəstəliyinə yoluxan şəxslərin sayında atım müşahidə olunur. Xüsusilə azyaşlılar və məktəblilər bu xəstəliyi daha çox keçirirlər.

Turanmedia.az BAKU.WS-ə istinadən xəbər verir ki, azyaşlılardan əlavə böyüklər arasında da qızılcaya yoluxanlar kifayət qədərdir.

Mövcud vəziyyəti nəzərə alsaq və yoluxmanın miqyasının bir qədər də artmasını ehtimal versək ölkədə növbəti pandemiyanın elan olunma riskinin olduğunu görərik. Məsələyə münasibət bildirən 17 saylı uşaq poliklinikasının baş həkimi Gülər Paşayeva itv-yə bildirib ki, əgər peyvəndlənmə prosesi düzgün aparılarsa, heç bir pandemiyaya yol aça bilməz.

Həkim pediatr Məshəti Nəcəfova isə hesab edir ki, bu məsələdə marifləndirmə işi düzgün aparılmalı və pevəndlənmə getməlidir: “Peyvəndlər barədə müxtəlif miflər var. Bunlar da həqiqəti əks etdirmir”.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678