Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Azərbaycanda universitetdə yanğın başladı

23 Baxış

Gəncədə yanğın hadisəsi baş verib.

Turanmedia.az Yenisabah.az-a istinadən xəbər verir ki, hadisə Azərbaycan Texnologiya Universitetində qeydə alınıb. Təhsil müəssisəsinin I korpusunun üçüncü mərtəbəsində yanğın başlayıb. Sinif otaqlarından birinin 5 kvadratmetr sahədə döşəməsi yanıb.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri və təcili tibbi yardım briqadası cəlb olunub. Alov söndürülüb. Binanın digər hissələri yanğından mühafizə edilib.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678