Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

MDU nümayəndəsi “Müasir dövrdə Coğrafiyanın tədrisinin aktual problemləri” mövzusunda elmi konfransda təmsil olunub

57 Baxış

Turanmedia.az xəbər verir ki, 19 dekabr 2023-cü il tarixdə Mingəçevir şəhər N.Ahəngari adına 13 nömrəli tam orta məktəbdə “Müasir dövrdə coğrafiyanın tədrisinin aktual problemləri” mövzusunda elmi konfrans keçirilib.
Konfransda İnzibati təşkilat sektorunun müdiri Elmin Məmmədtağıyev, Mingəçevir şəhəri üzrə təhsil sektorunun müdiri Sevinc Həsənova, struktur bölmənin əməkdaşları, məktəb direktorları, coğrafiya fənn müəllimləri və şagirdlər iştirak edib.
Konfransdan öncə qonaqlar şagirdlərin rəsm-əl işlərindən ibarət sərgisi ilə tanış olublar Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Konfrans Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsinin birdəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Konfransı giriş sözləri ilə açan İnzibati təşkilat sektorunun müdiri Elmin Məmmədtağıyev Mərkəzi Aran Regional Təhsil İdarəsi tərəfindən elan olunan fənn aylıqlarının təhsilin keyfiyyətinin yüksəldilməsi, fənn müəllimlərinin tədris prosesində yaradıcı fəaliyyətə təşviq edilməsi və qabaqcıl təcrübənin nümayişi baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirib.
Çıxış edən Mingəçevir şəhər Təhsil Sektorunun müdiri Sevinc Həsənova fənn aylığı çərçivəsində məktəblərdə keçirilən tədbirlərin şagirdlərin müxtəlif fənlərə olan marağını, onların bilik və bacarıqlarını daha da artırdığını, eyni zamanda vətənpərvərlik, milli-mənəvi dəyərlərə hörmət ruhunda tərbiyə olunmasında səmərəli vasitəyə çevrildiyini qeyd edib.
Sonra Mingəçevir Dövlət Universitetinin “İqtisadiyyat” kafedrasının müəllimi Nərmin Əliyeva müasir təlim metodlarından istifadə etməklə “Coğrafiya fəninin tədrisi məsələsi və onun problemləri” mövzusunda elmi mühazirə ilə çıxış edib. Nərmin Əliyeva qeyd edib ki, metodik ədəbiyyatda coğrafiyanın tədrisi məqsədlərini üç əsas qrupda birləşdirmək olar: Təhsil məqsədləri; Tərbiyəedici məqsədlər və İnkişafetdirici məqsədlər. N.Əliyeva bildirib ki, hər bir sektorda olduğu kimi mövcud sahə üzrə tədris prosesində müəyyən çatışmazlıqlar müşahidə olunur. Belə ki, Coğrafiya fənninin tədrisində nəzərə çarpan əsas problemlərdən Coğrafiya müəllimliyi üzrə vakansiyanın az olması; Məktəblərdə fənnə ayrılan dərs saatlarının azlığı; CİS və İT üzrə işləmə bacarığında yetərli kadr çatışmazlığı; Motivasiyanın aşağı olması; Praktik yöntəmlərlə tədrisin çox aşağı olması; Dərsliklərin şagirdlərin yaş kateqoriyasına uyğun anlaşıqlı olmaması və s. deyə o, bildirib.
Nərmin Əliyeva bildirib ki, bеləliklə orta mаktəblərdа соğrаfi təhsil çох əhəmiууətli olub, məqsədi geniş, məsələləri isə müxtəlifdir. Cоğrаfi təhsil-öz ölkəsi və bəşəriyyətin ümumi evi оlаn Yеr kürəsi üçün bilik və bacarıqlara malik olan insanın tərbiyəsində etibarlı mənbədir.
Daha sonra digər natiqlərin: Mərkəzi Aran Regional Təhsil İdarəsi Mingəçevir şəhər Təhsil Sektorunun məsləhətçisi Qorxmaz Abbaszadənin “Siyasi-iqtisadi coğrafiyanın tədrisi və aktuallığı; Mingəçevir şəhər Təbiət-Riyaziyyat və Humanitar Elmlər Təmayüllü Liseyin coğrafiya müəllimi İsmayıl Namazovun “Qlobal ekoloji problemlər və onların həlli yolları” Mingəçevir şəhər 19 №li tam orta məktəbin coğrafiya müəllimi Gülnar Cavadovanın “Coğrafiyanın inkişafında müasir təlim metodlarının rolu” mövzularında elmi mühazirələri də dinlənilib. Sonda Coğrafiya fənn aylığına həsr olunan videoçarx nümayiş olunub.
Qeyd edək ki, Mərkəzi Aran Regional Təhsil İdarəsinin müvafiq əmri ilə cari tədris ilinin dekabr ayı ümumi təhsil müəssisələrində Coğrafiya aylığı elan olunub. Qeyd edək ki, cari tədris ili üzrə Fəaliyyət Planına uyğun olaraq digər ayların müvafiq fənn aylığı elan olunması nəzərdə tutulur. Fənn aylığı çərçivəsində “Tədbirlər Planı”na uyğun olaraq müxtəlif tədbirlərin, “açıq dərs”lərin, fənn dərsdinləmələrinin, müxtəlif yarış və müsabiqələrin keçirilməsi nəzərdə tutulur.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678