Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“O cazibədar qadının əlindəki nədir?” – Tapdım…

34 Baxış

İlk öncə… Yox, yox. Əvvəlcə deyim ki, cazibədar qadının əlində çox şey ola bilər. Elə cazibədar adlandırdığımız kişinin də. Adından bəlli olduğu kimi, cazibədardırsa, hətta layiq olmadığı bütün nəsnələrin ovuclarında qərar tutma ehtimalı böyükdür. Məsələn, hansısa müsabiqələrin mükafatı, 3500 manatlıq istirahət məkanlarına pulsuz tur paketi, ardıcıl “Qızıl top” da olar bilər. Yaxud da dəfələrlə layiq olmadığı halda, lap elə layiq olduğu halda bezmədən dilənçi kimi əlində nəsə tutmaq istədiyi üçün o “müqəddəs” nəsnə… Hər nədirsə, bilmirəm. Dediyimiz kimi, adı üstündədir. Cazibədarın əlinə nəyisə rahat alması və ya onun əlinə nəyinsə verilməsi qədər təbii bir şey ola bilməz. Burada təəccüblənməli bir hal yoxdur. Maşallah və şükür Allaha, böyük insanlarıq, məlumatlıyıq.

Əlqərəz, iş orasındadır ki, hər fürsətdə belə müzakirələrə yol açacaq paylaşımların arxasında dayananlar bilirsiniz kimlərdir? Cəmiyyətə bir çox hallarda üstdən aşağı baxan, demaqogiyanın pikini yaşayan, “kimdi e, o?” sözləri dilində xüsusi yer tutan və ən nəhayət, özünü akademik hesab edən şəxslərdir. Təəssüf, təəssüf bir daha təəssüflə qeyd etmək lazımdır ki, bu dəfə də insanlara intellekt, dünyagörüşü və s. bu kimi müsbət xüsusiyyətlər bəxş edən kitabın satışı ilə məşğul olan müəssisə. Hələ durun. İşin dahası var. Bu fotonun üzərindən də alver, marketinq kimi qarğa bazarı quran olayçı “akademik”lərimiz də mövcuddur. Məsələn, birinci səhifə əvvəlki təcrübələrinə əsasən, çox yaxşı bilir ki, bu paylaşımı ilə insanlar arasında hansı müzakirələrə səbəb olacaq. O da məlumdur ki, bu postu skrin edib kimsə paylaşırsa, aşağı-yuxarı eyni reaksiyaların gələcəyindən agahdır. Dərgahında hansısa səhifələrin “fikirləriniz maraqlıdır, rəy bildirin” sayaq paylaşımına irad bildirən admin öz səhifəsində, öz dərgahında tənqid etdiyi tərzdə izləyicilərinə məhsul sunur. Lüğətimizdən kənar sözlər işlətmirəm. Bəli, bizim dilimizdə “sunmaq” sözü mövcuddur. Demişdi ki, “fikirləriniz maraqlıdır, rəy bildirin” cümləsi aktivliyi artırmaq üçün bir fənddir, kiminsə fikri isə onlara heç maraqlı da deyil. Guya vergül səhvi tutmaqla qalmaqallı postu öz səhifəndə paylaşmaq eyni məqsəd daşımırmı?

Ətraflı
İnsanlar ömrünü kiminsə pulunu saymağa, həyatını dedi-qoduya çevirməyə, vergül səhvi tapmağa, tualetdə keçirməyə və s. bu kimi işlərlə məşğul olmağa xərcləyə-xərcləyə baxır ki, bu da son, vidalaşmaq zamanıdır.

Əlbəttə, hansısa məqamda müsbət mənada müdaxilə ilə təcrübəni bölüşərək qarşı tərəfə yardım etmək olar. Amma bu, məsxərə, bazarlıq, “ağıl vermək” şəklini alırsa, heç kimə faydan toxunmur, əksinə, qaş düzəldərkən göz çıxarırsan.

Əvvəldə dilimizə yapışmış, amma mənaca qüsurlu sayılan “ilk öncə” deyimini vurğulamağım və ondan imtina etməyim də simvolik xarakter daşıyırdı. Nəyə işarə etməyim haradasa başa düşülsün.

Məsələn, bu məqalədə mövzu aydın olduğu halda səhvləri tutub ucuzluğa da getmək olar, oxuyub aydınlanmaq da.

Maarifləndirmə o zaman keyfiyyətli, effektiv olur ki, orada kimisə alçaltma elementləri olmasın. Yaxud kiminsə alçaldılmasına rəvac verilməsin. Necə deyərlər, dostuna insanların içərisində səhvlərini demək, ona töhmətdir, onu sındırmaqdır, nəinki ona fayda vermək.

Xülasə, kimsə düşünə bilər ki, mən də hansısa səhvlərin üzərindən real taym marketinq (RTM) yapdım, eybi yox, əsas odur ki fikrimi məqamında çatdıra bildim. Bacarmadımsa, məni bağışlayın, əlimdən gələni budur. Ya da mən sizi bağışladım. Bağışlamaq demişkən, onsuz da tam aydın sözlər xoş təsir bağışlamır və bağışlanmır.

“O cazibədar qadının əlindəkini tapdım” başlığının mənası da məhz budur: əslində, onun əlindəki nə paylaşana, nə görənə maraqlıdır. Bu, sadəcə, marketinqdir. Bəlkə mən də az öncə dediyim kimi bazar açıb marketoloqluq etdim, ya qurban oldum, ya qurbana çevirdim kimlərisə… Zatən hamı hər bir hadisədən öz nəsibini alır.

Samir Mirzə / olke.az /

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678