Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Kür Olimpiya Tədris İdman Mərkəzi ” 2023-cü ilin ən yaxşı idman qurğuları arasında 1-ci yerə layiq görülmüşdür

295 Baxış

Gənclər və İdman Nazirliyi 2023-cü ilin idman yekunlarını qeyd edib. Dekabrın 26-da Gənclər və İdman Nazirliyi 2023-cü ilin idman yekunlarına həsr olunmuş qala mərasimi keçirib.

Turanmedia.az xəbər verir ki, “Buta Palas”da təşkil edilən tədbirdə idman təşkilatlarının, federasiyaların, media qurumlarının rəhbərləri, idmançılar, məşqçilər və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən gənclər və idman naziri Fərid Qayıbov 2023-cü ilin Azərbaycan idmanı üçün uğurlu keçdiyini qeyd edib və bu münasibətlə federasiya rəhbərlərini, idmançıları, məşqçiləri, idman ictimaiyyətini təbrik edib. Qonaqları qarşıdan gələn Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrik edən nazir Olimpiya ili olan 2024-ün idmanımız üçün daha da uğurlu olacağına ümidvar olduğunu bildirib.
Sonra üç mərhələli sorğu əsasında müəyyənləşmiş müxtəlif nominasiyalar üzrə ilin qaliblərinin mükafatlandırılma mərasimi olub. 2023-cü ilin ən yaxşıları sorğusunun yekun nəticələrinə əsasən aşağıdakı nominantlar təltif ediliblər:
Çox sevindirici və qürurverici haldır ki,Mingəçevir şəhərində yerləşən ən böyük idman kompleksidə bu nominasiyanın qalıbı olub. İlin ən yaxşı idman qurgusu nominasiyanın qalıbı Mingəçevir “Kür Olimpiya Tədris-İdman Mərkəzi” olub. Mərkəzin rəhbəri Ceyhun Mirzəyev başda olmaqla bütün kompleksin işçilərini təbrik edirik!
Esmira Hidayətova,Mingəçevir.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678