Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Elvin Basqallı özünün ölüm xəbərinə ağladı: Zəng vurdular ki… – FOTO

47 Baxış

Tanınmış aparıcı Elvin Basqallının ölüm xəbəri yayılıb.

Turanmedia.az olke.az-a istinadən xəbər verir ki, bəzi tiktok səhifələri onun foto və videolarını paylaşaraq “Allah rəhmət eləsin” sözlərini yazıblar.

Yayılmış məlumatlara E.Basqallı özü aydınlıq gətirib:

“Tiktokda ölüm xəbərimi yayıblar. Səhifəm də bağlı olduğu üçün çox adam xəbərə inanıb. Səhərdən dost-tanış zəng edir. Köhnə qonşum zəng edib soruşdu ki, ölmüsən? Dedim, yox. Kövrəlmişdi, ağlamağa başladı. Mən də ona qoşuldum ağladım. Sonra dedim ki, qardaş ölməmişəm axı, niyə ağlayırıq?!”,- deyə o yazıb.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678