Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Sağlamlıq imkanı məhdud uşaqların iştirakı ilə “Uşaqlar bizim sevincimizdir” adlı bayram tədbir keçirildi

273 Baxış

Sağlamlıq imkanı məhdud uşaqların iştirakı ilə “Uşaqlar bizim sevincimizdir” adlı bayram tədbir keçirildi

Turanmedia.az xəbər verir ki, Mingəçevir şəhər təhsil sektoru nəzdində fəaliyyət göstərən Psixoloji-tibbi-pedaqoji komissiyanın sədri Günel Abdullayevanın təşkilatçılığı ilə Mingəçevir şəhəri üzrə xüsusi təhsilə cəlb edilmiş sağlamlıq imkanı məhdud uşaqların iştirakı ilə Mingəçevir şəhər 14 nömrəli məktəbdə H.Əliyevin 100 illik yubileyi və Dünya Azərbaycanlılarının Həmrəylik gününə həsr edilmiş “Uşaqlar bizim sevincimizdir” adlı tədbir keçirildi. Tədbirdən öncə məktəbin direktoru Ceyhun Atayev şəhid ailələri ilə görüşüb, onların övladlarına bayram sovqatını təqdim edib.

Məktəbin akt zalında keçirilən tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb daha sonra torpaqlarımızın azadlığı və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Tədbiri giriş sözü ilə açan təhsil sektorunun müdiri Sevinc Həsənova ölkəmizdə sağlamlıq imkanları məhdud və xüsusi qayğıya ehtiyacı olan uşaqlara göstərilən diqqət və qayğıdan danışıb. Sektor müdiri sağlamlıq imkanları məhdud olan uşaqların sosial müdafiəsinin gücləndirilməsi, bu kateqoriyadan olan uşaqların tədris şəraitinin yaxşılaşdırılması, təhsil problemlərinin həlli istiqamətində son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə əhəmiyyətli addımlar atıldığını diqqətə çatdırıb. Həmçinin S.Həsənova Heydər Əliyev Fondu tərəfindən sağlamlıq imkanları məhdud, kimsəsiz, valideyn himayəsindən məhrum olan, cəmiyyətin diqqətindən kənarda qalan uşaqların təhsilinin təşkili, onların təhsil aldığı müəssisələrin maddi-texniki və tədris bazasının möhkəmləndirilməsi istiqamətində məqsədyönlü işlər görüldüyünü, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat məktəbləri və xüsusi məktəblərin əsaslı təmir edildiyini və ya yenidən qurulduğunu bildirib.

Tədbirdə H.Əliyevin 100 illik yubleyi münasibəti ilə video çarx nümayiş olunub.

Balaca fidanlar H.Əliyevə aid şeirlər söyləyib,rəqslər ediblər. Sağlamlıq imkanları məhdud olan uşaqlar hazırladıqları bir-birindən maraqlı şıxışlarını tədbir iştirakçıları ilə bölüşüblər.Onların çıxışları böyük coşqu ilə qarşılanıb.

Sonda Şaxta babanın tədbirə qatılması balacaların sevincinə səbəb oldu.Tədbir şən musiqi nömrələri ilə başa çatıb.

Sonda tədbirin təşkilatçısı Günel Abdullayeva çıxış edərək bu kimi tədbirlərlə sağlamlıq imkanları məhdud olan uşaqları cəmiyyətə inteqrasiya etmək üçün bundan sonrada əllərindən gələni əsirgəməyəcəklər.

Esmira Hidayətova,Mingəçevir


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678