Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Bakının tələb etdiyi 8 kəndlə bağlı İrəvandan açıqlama

22 Baxış

Bakının iddia etdiyi 8 sərhəd kəndi ilə bağlı məsələnin həlli üçün iki variant var.

Turanmedia.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan yerli mediaya açıqlamasında deyib.

O bildirib ki, bu kəndlərin əraziləri dəqiq müəyyən edilməli, hüquqi əsasları dəqiqləşdirilməlidir:

“Bundan sonra iki proses gedə bilər: ya mübadilə və ya ərazi tənzimlənməsi, ya da sərhədlərin delimitasiyası və demarkasiyası prosesində məsələnin müzakirəsi”.

O qeyd edib ki, söhbət Tavuş bölgəsində olan 7 (Qazaxın kəndləri – red.) və Naxçıvanın Kərki kəndindən gedir:

“Zəngəzura gedən əsas yol ordan (Kərki kəndindən) keçir. Azərbaycan Ermənistanı bu kəndləri işğal etməkdə ittiham edir. Öz növbəsində İrəvan bildirir ki, həmin Tavuş rayonunda Azərbaycanın işğal etdiyi ərazilər var”.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678