Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Kennedi ermənilərə vəd verdi: “Artsax”a kömək edəcəm

8 Baxış

Növbəti müharibənin qarşısını almaq, azadlıq və demokratiya prinsiplərini qorumaq üçün ABŞ ermənilərin özünümüdafiə, eləcə də öz müqəddəratını təyinetmə hüququna regional dəstəyi səfərbər etməlidir. Eyni zamanda, “artsax” ermənilərinin öz “ata-baba yurdlarına” təhlükəsiz qayıtmasını qorumalıdır.

Turanmedia.az axar.az-a istinadən xəbər verir ki, bunu ABŞ prezidentliyinə namizədliyini irəli sürdüyünü açıqlayan kiçik Robert Kennedi X sosial şəbəkəsindəki videomüraciətində deyib.

O bəyan edib ki, Azərbaycan 2020-ci ildən Qarabağ ermənilərinə qarşı “amansız etnik təmizləmə aparır”:

“Bu ilin sentyabrında Azərbaycan “hücuma keçdi” və 120 min erməni əhalisini deportasiya etdi. Dünyanın diqqəti Qəzzaya və İsrailə yönəldiyi halda, “qədim erməni ərazilərindən” birinin bütün əhalisinin “kütləvi surətdə deportasiyası” barədə heç kim heç nə eşitmir. 1915-ci il “soyqırımından” fərqli olaraq, bu hadisə dayandırıla bilər. Bu vəziyyətdə dinc sanksiyalar kömək edə bilər. Amerika hələ də bu regionda təsir rıçaqlarına malikdir və o, bu gücdən bu “humanitar fəlakəti” aradan qaldırmaq üçün regionun bütün xalqlarını səfərbər etməlidir. Biz həm də Türkiyə və Azərbaycan tərəfindən İrəvanın “blokadasını” aradan qaldırmağın yollarını axtarmalıyıq. Ermənistanın dənizə çıxışı yoxdur, onun qonşu ölkələrin limanlarına çıxışı olmalıdır”.

Kiçik Kennedi ABŞ prezidenti postuna seçiləcəyi təqdirdə Ermənistan və Qarabağın bərpasına “töhfə verəcəyinə” əmin edib:

“Prezidenti kimi mən Ermənistanı yenidən qurmaq üçün diplomatiyadan, mənəvi nüfuzumuzdan, iqtisadi rıçaqlarımızdan və sanksiyalardan istifadə edəcəyəm. Mən Ermənistanın, “artsaxın” suverenliyinin, onların ərazilərinin bərpasına kömək etmək istəyirəm. Haradasa yeni müharibəyə başlamaq əvəzinə, onlardan birini dayandırmaq istərdim”.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678