Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Azərbaycanda 2024-cü ilin ilk körpəsi dünyaya gəldi

23 Baxış

Azərbaycanda 2024-cü ilin ilk körpəsi TƏBİB-in tabeliyində fəaliyyət göstərən Yeni Klinikada dünyaya gəlib.

Turanmedia.az xəbər verir ki, TƏBİB-dən Axar.az-a verilən məlumata görə, 01.01.2024-cü il tarixində saat 00:01-də doğulan körpənin cinsi qız, boyu 45 sm, çəkisi 2 580 kq olub.

Doğulan uşaq ananın ilk hamiləliyi olub.

Qeyd edək ki, 24 yaşlı Göyçay sakini Sünel Rəsulzadə uşaqlıqda çapıq diaqnozu ilə təcili olaraq qeysəriyyə əməliyyatına qəbul edilib.

Əməliyyat uğurla icra olunub, hazırda ananın və yenidoğulmuşun vəziyyəti stabildir.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678