Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Naxçıvanda 57 yaşlı kişi özünü güllələyib

23 Baxış

Naxçıvanda silahlı insident qeydə alınıb.

Turanmedia.az Tns-ə istinadən xəbər verir ki, hadisə Şahbuz rayonunun Badamlı kəndində baş verib.

Kənd sakini, 1967-ci il təvəllüdlü Məmmədov Afət Babakişi oğlu özünü güllələyib.

O, Naxçıvan Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.

Hadisənin hansı zəmində baş verdiyi araşdırılır.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678