Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Mingəçevir Dövlət Universitetində 2023-cü ilin yekunları (2-ci hissə )

63 Baxış

Turanmedia.az xəbər verir ki, Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov sosial media hesabında Universitetin 2023-cü ildə həyata keçirdiyi tədbirləri paylaşıb.

**2023-cü ilin 08-09 dekabr tarixlərində Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, İqtisadiyyat Nazirliyi və Mingəçevir Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Mingəçevir Dövlət Universitetində (MDU) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “Davamlı inkişaf strategiyası: qlobal trendlər, milli təcrübələr və yeni hədəflər” mövzusunda II beynəlxalq elmi konfrans keçirildi.

**Konfransa 159-u 9 xarici ölkədən olmaqla ümumilikdə 562 tezis və məqalə daxil oldu.

**5 ölkənin 7 universitetinin birgə təşkilatçılığı ilə baş tutan konfrans çərçivəsində plenar iclasda 5 məruzə dinlənildi, 10 üzbəüz və 18 onlayn bölmə iclasları keçirildi.

**Beynəlxalq konfrans davamlı iqtisadi inkişafın qlobal trendləri, dördüncü sənaye inqilabının yaratdığı reallıqlar, regionların tarazlı inkişafı, davamlı enerji təminatı, postkonflikt dövründə müasir tendensiyalar, keyfiyyətli təhsil sahəsində milli və beynəlxalq təcrübələr, ekoloji dayanıqlığın təmini və digər istiqamətlərdə aparılan elmi tədqiqatların nəticələrinin təqdim olunması məqsədi daşıyırdı.

**Konfransın əsas ideyasını “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”, “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi İnkişaf Strategiyası”, Birləşmiş Millətlər Təşkilatının “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik” və digər sənədlərdən irəli gələn vəzifələrin icrasına töhfə vermək təşkil edirdi.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678