Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

PENSİYANIN VƏTƏNDAŞLARA ÇATDIRILMASI ÜSULU. PENSİYA YAŞININ DÜZGÜN MÜƏYYƏN EDİLMƏSİ

172 Baxış

PENSİYANIN VƏTƏNDAŞLARA ÇATDIRILMASI ÜSULU. PENSİYA YAŞININ DÜZGÜN MÜƏYYƏN EDİLMƏSİ

Bizim adət-ənənələrimizdə, mentalitetimizdə və mədəniyyətimizdə böyüyə, ağsaqqala, ağbirçəyə hörmət var. Onların qulluğunda dayanmağı özümüzə müqəddəs bir borc hesab edirik!

Mən bir gənc vətəndaş kimi babalarımızın və nənələrimizin yaşını, vəziyyətini nəzərə alaraq belə bir əlverişli, gözəl layihə fikirləşmişəm. Pensiyanın vətəndaşlara verilməsində yumşaq üsul seçmək gərəkdir.

Məntiqlə baxsaq, görərik ki, pensiya alan vətəndaşların çoxu 60-65-70-80 yaş arası insanlardırlar. Onların yaşı çox olduğundan xeyli gəzə, gözləyə bilmirlər; bəzilərinin ayaqlarında problemlər var, bəziləri xəstədir, ürəyi zəif olanlar var. Həm də pensiya verilən zaman bank terminallarının qarşısında növbə çox olur, böyük sıxlıq yaranır, vaxt gedir. Bundan əlavə, elə yaşlı vətəndaşlar vardır ki, Allahdan başqa heç kimi yoxdur, evində tək yaşayır. Bəs onlar pensiyanı necə alsınlar?! Yəni barəsində qeyd etdiyim həmin vətəndaşların yaşını, mövcud vəziyyətini nəzərə almaq lazımdır. Belə bir təklif irəli sürmək istəyirəm.

Qoy, hər ərazi(şəhər, rayon, qəsəbə, məntəqə) üzrə “Sosial Müavinət Dairəsi” yaradılsın və dairələrə çoxlu işçilər cəlb edilsin. Hər ayın əvvəli pensiya verilərkən, daha yaşlı vətəndaşlar terminallar önündə əziyyət çəkməsinlər, elə həmin Sosial Müavinət Dairələrinin işçiləri özləri pensiyaları götürərək vətəndaşların evlərinə gedib müavinətləri onlara təhvil versinlər. Sizcə, bu, çox gözəl bir addım deyilmi? Məgər, bu, yaşlıların işini asanlaşdırmaq və onlara ediləcək olduqca çox böyük bir yaxşılıq deyilmi? Əgər bizim mentalitetimizdə yaşlıya, böyüyə hörmət vardırsa, onların qulluğunda dayanmağı özümüzə borc hesab ediriksə, onda, gərəkdir ki, bunu bu sahədədə yerinə yetirək. Bu, Allaha da xoş gedər! Yaşlı vətəndaşlar, qoy, əziyyət çəkməsinlər. Bir sözlə, onlar terminalların qarşısına getməsinlər, müavinətləri evlərinə gətirilərək şəxsən özlərinə təhvil verilsin. Həmin müavinət konvertin içərisinə qoyulsun, konvertin üzərində vətəndaşın adı, soyadı, atasının adı, yaşadığı ünvan qeyd olunsun; pensiyanın məbləği və ya artım vardırsa, nə qədər artdığı qeyd olunsun. Pensiyanı gətirib təhvil verən nümayəndələrin əlində həmin pensiya alan vətəndaşların adları yazılan siyahı olsun və pensiyanı təhvil alan vətəndaşlar isə pensiyasını təhvil aldıqlarına dair siyahıda ad-soyadlarının önündə imza atsınlar, həmin günün tarixini də qeyd etsinlər. Məncə, bu, atılan ən yaxşı addımlardan biri olar, keçirilən ən gözəl islahatlardan biri hesab olunardı. Yaşlı vətəndaşların işini asanlaşdırmaq, yüngülləşdirmək daha məqsədəuyğundur.

Yeri gəlmişkən, pensiya yaşında da dəyişiklik mütləq edilməlidir. Qadın və kişilər arasında yaş fərqi qoymaq və ya pensiya yaşını qaldırmaq olmaz. Hər iki əks cinsin nümayəndələrinə ümumi pensiya yaşı kimi yanında aysız-filansız 60 yaşın təyin edilməsi daha məqsədəuyğundur. Yəni həm qadınlar və həm də kişilər 60 yaşına çatdıqları dövrdə artıq qeydiyyata alınaraq mütləq pensiya almalıdırlar.

Allah hamıya ömür versin! Lakin əvvəlki illərə nisbətən nədənsə bu son dövrdə cinsindən asılı olmayaraq, insanlarımız 60 yaşdan çox yaşamır. Gerçəkdə də bu, belədir.

Bir də ki, pensiyalar hər ayın ilk on günlüyünün sonlarında yox, məhz sırf hər ayın birində verilməlidir, gecikmə olmamalıdır. Çünki, elə insanlarımız vardır ki, təkcə pensiya alır və son gümanı elə həmin pensiyadır.

Ümid edirəm ki, qələmə aldığım bu məqalə həm yaşlı vətəndaşların xeyirinə olar və həm də pensiya sahəsində uğurlu islahat keçirilməsinə səbəb olar, inşallah!

Ərtoğrul Mehdizadə


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678