Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Sərhəddə gözləyən yük maşınlarının sayı açıqlandı

22 Baxış

Son bir ayda sıxlıq müşahidə edilən Azərbaycan-Gürcüstan sərhədində yerləşən “Qırmızı Körpü” gömrük postunda hazırda gözləmədə olan yük maşını yoxdur.

Turanmedia.az xəbər verir ki, bu barədə Axar.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Məlumata görə, hazırda ölkənin sərhəd-keçid məntəqələrində 100 ədəd yük maşını gözləyir: “Astara” gömrük postunda 9, “Biləsuvar” gömrük postunda 28, “Mazımqara” gömrük postunda 17, “Samur” gömrük postunda 40, “Xanoba” gömrük postunda isə 6 yük maşını.

“Gömrük-keçid məntəqələrində yük maşınlarının sayı ilə bağlı daşıyıcıların məlumatlandırılması onlara səfərlərini planlayarkən gömrük postundakı mövcud vəziyyətə uyğun olaraq addım atmağa imkan yaradır”, – AYNA bildirib.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678